Koronavirus vaksini, arxiv şəkli

Bizi belə xilas edəcəklər? Koronavirus peyvəndinin qiyməti əl yandırır!

486
(Yenilənib 11:51 29.07.2020)
“Modena” şirkəti 50-60 dollar, "Pfizer" və "BioNTtech" şirkətləri bir dozanı qiymətinin 19,5 dollar, "AstraZeneca" şirkəti isə 3-4 dollar qiymət deyir

BAKI, 29 iyul — Sputnik. Amerikanın “Modena” şirkəti tərəfindən koronavirus əleyhinə peyvəndin qiyməti bir kurs üçün 50-60 dollar olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu məlumatı "Financial Times" nəşri potensial alıcılarla danışıqlar barədə məlumatlı olan mənbələrinə istinadən xəbər verir.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / Dado Ruvic / Illustration / File Photo

Qeyd olunur ki, bu qiymət həm ölkə daxili satışlar üçün, həm də yüksək gəlirləri olan ölkələrə ixrac zamanı şamil oluna bilər.

Bu arada koronavirus peyvəndinin hazırlanması ilə məşğul olan digər şirkətlər öz məhsullarının qiymətinin daha aşağı olacağını bildirmişdilər. Belə ki, "Pfizer" və "BioNTtech" şirkətləri bir dozanı qiymətinin 19,5 dollar, "AstraZeneca" şirkəti isə 3-4 dollar olacağını bildirib.

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp isə ABŞ-da istehsal olunan koronavirus peyvəndinin digər ölkələrə ixrac olunacağını istisna etməyib: "Ola bilsin ki biz ağciyərləri süni ventilyasiyası aparatları ilə olduğu kimi dünyanın digər yerlərini böyük sayda vaksinlərlə təchiz edəcəyik".

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 16 737 842-ə çatıb.

Məlumata əsasən, virusa yoluxmuş 660 383 nəfər vəfat edib, 9 749 120 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 351 min 997 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 822 060 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

486
Mövzu:
Dünyanı cənginə almış bəla (478)
Qağayı fırtına zamanı dəniz üzrəində uçur, arxiv şəkli

Atlantik okeanı yenə qudurdu - bu dəfə Meksika körfəzini ağuşuna alacaq

122
(Yenilənib 08:54 19.09.2020)
Fırtınanın sabah axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

BAKI, 19 sentyabr — Sputnik. Dünən Atlantik okeanında tropik "Beta" fırtınası meydana gəlib.

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Milli Qasırğa Müşahidəsi Mərkəzi yayıb.

Məlumata görə, tropik fırtınanın yaratdığı küləyin sürəti 18 m/s-ə çatır. Meksikanın liman şəhəri olan Tampikodan təqribən, 545 km şimal-şərqdə yaranan fırtına hazırda şimal-şərq istiqamətində təxminən, 15 km/saat sürətlə hərəkət etməkdədir.

Fırtınanın bazar günü axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

122
Teqlər:
qasırğa, fırtına, Meksika körfəzi, Atlantik okeanı
Xəstəxana, arxiv şəkli

Türk dünyasının "diva"sı təcili xəstəxanaya yerləşdirilib

20
(Yenilənib 08:57 19.09.2020)
Bülənt Ərsoy: Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam

BAKI, 18 sentyabr — Sputnik. Türk dünyasının "diva"sı sayılan Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, xəstəxanaya yerləşdirilən müğənninin mədə qanaması keçirdiyi məlum olub. O, bu barədə özünün "İnstagram" sosial şəbəkəsində yazıb.

Məşhur müğənni izləyivcilərinə tezliklə sağalacağını deyib: "Mənə görə narahat olmayın. Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam. Bir neçə gün sonra normal həyatıma dönəcəm. Diqqətinizə görə təşəkkür edirəm".

View this post on Instagram

A post shared by Bülent Ersoy (@bulentersoy.com.tr) on

Məlumat üçün bildirək ki, əsl adı Bülənt Ərsoy olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başlayıb. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşıb.

1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan Bülənt Ərsoy indi də məşhur müğənnilər siyahısındadır. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ərsoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o, səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Nəticədə Bülent Ərsoy uzun müddət səhnədən uzaqlaşdırılıb. 1976-cı ildə onun həyatına aid "Sıralardakı həyəcan" adlı film çəkilib.

20
Teqlər:
türk, Bülənt Ərsoy

Azərbaycan Prezidenti: “Neft bizim üçün məqsəd deyil"

0
(Yenilənib 18:21 19.09.2020)
"Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi".

BAKI, 19 sentyabr - Sputnik. “Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi: "İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik.

Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur.

Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu. Onun da artıq fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda rekonstruksiya, yenidənqurma başa çatacaq, Avro-5 benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq.

Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır.

Mən Prezident seçiləndən sonra demişdim, birinci bəyanatlarımdan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur”.

0