İtalyalı xilasedicilər kaşalotu  plastik tordan xilas edirlər

Təmizlik yetmiş milyard dollar - həyata keçsə, yaşadıq

2275
(Yenilənib 20:06 28.07.2020)
2040-cı ilə qədər 70 milyard dollara qənaət edilə bilər. Bundan başqa, plastmasla bağlı atılan addımlar istixana qazlarını 25 faiz azalda və 700 minə yaxın iş yerinin açılmasına səbəb ola bilər

BAKI, 28 iyul — Sputnik. Mütəxəssislər müəyyən ediblər ki, hər il dünya okeanına 29 milyon metrik ton plastik daxil olur.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sahil xəttinin hər metrində 50 kiloqram tullantı var. Məlumata görə, əgər bu problemin qarşısı vaxtında alınmasa, 2040-cı ilə qədər bu rəqəm 3 dəfə artaraq 600 milyon ton olacaq.

Yəni bu çəki üç milyon mavi balinanın çəkisinə bərabərdir.

Tədqiqat "Pew Charitable Trusts" və "SYSTEMIQ" xeyriyyəçi fondları tərəfindən aparılıb.

Onlar qeyd edib ki, koronavirus pandemiyası bu problemi daha da ağırlaşdırıb, tək istifadəlik plastik məhsulların istifadəsi artıb. Bildirilib ki, bu problemin qarşısını almağın bir yolu var. Onların təklifləri sırasına plastik istehsalının azaldılması, təkrar istifadə edilə bilən qablaşdırma məhsullarının istehsal edilməsi, orta və aşağı gəlirli ölkələrdə tullantı yığımının artırılması daxildir.

Digər faydalı addım isə plastik tullantıların ixracını azaltmaqdır.

"Okeanın plastiklərlə çirklənməsinin qarşısını almaq üçün qəti bir qərar yoxdur, amma razılaşdırılmış hərəkətlərlə plastik dalğasının qarşısını ala bilərik", - deyə müəlliflər bildiriblər.

Dəyişmə planının əhəmiyyətli iqtisadi faydaları gözlənilir. Belə ki, 2040-cı ilə qədər 70 milyard dollara qənaət edilə bilər. Bundan başqa, plastmasla bağlı atılan addımlar istixana qazlarını 25 faiz azalda və 700 minə yaxın iş yerinin açılmasına səbəb ola bilər.

2275
Əlaqədar
Zibilinizi yığışdırın! Yoxsa özünüz də zibilə düşə bilərsiz
Yasamalda göl kim tərəfindən qurudulur? İşlər dayandırılıb, amma təqsirkar tapılmır
Azərbaycanın tullantı sularında COVID-19 varmı: "Azərsu" bu sualın qarşısında aciz qalıb
Bütün paytaxtı "dəli" edən iyin qarşısı belə alınır - FOTOLAR
Heç kimə arzulamadığımız iş - Çörəyi zibildən çıxanlar
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

34
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

34
Xoruz

Xoruz polis şefini öldürdü

37
(Yenilənib 23:34 28.10.2020)
Filippində polislər xoruz döyüşlərinə qarşı reydlər keçiriblər. Bu zaman döyüş xoruzu yerli polis şefini öldürüb.

BAKI, 28 oktyabr — Sputnik. Filippində olduqca qəribə qətl hadisəsi baş verib. Belə ki, xoruz yerli polis şefini öldürüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən Filippində polislər xoruz döyüşlərinə qarşı reydlər keçiriblər. Belə reydlərdən biri zamanı döyüş xoruzu yerli polis şefini öldürüb. Belə ki, xoruzun caynağına ülgüc bağlanıbmış.

37
Teqlər:
Filippin
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

0
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

0