Yer kürəsi

Yüzillərlə açılmayan sirr yenidən araşdırılır

21
(Yenilənib 23:11 27.07.2020)
alimlər vulkan və asteroidin dinozavrların yaşayış şərtlərinə etdiyi təsirləri müqayisə etmək qərarına gəlib

BAKI, 27 iyul — Sputnik. Planetimizdən dinozavrların yoxa çıxmasını alimlər ənənəvi olaraq iki versiya ilə izah edirlər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bunlardan biri vulkanlarla bağlıdır.

Bu versiyaya görə, hansısa bir dövrdə uzun müddətli vulkan püskürmələri baş verib. Vulkanlara görə Yerin atmosferində Günəş şüalarının qarşısını alan külli miqdarda kül və qaz meydana gəlib.

Beləliklə alimlər vulkan və asteroidin dinozavrların yaşayış şərtlərinə etdiyi təsirləri müqayisə etmək qərarına gəlir.

Mütəxəssislərin fikrincə, tabaşir dövrünün sonlarına qədər dinozavrlar üçün yaşayış şərtləri mövcud olub.

Bu səbəbdən onların ölməsi üçün vulkan püskürməsi zamanı kənara atılan maddələr kifayət deyil.

Məlumata görə, bundan sonra yer üzünə asteroid düşür və bu da Günəş şüalarını 10-20 faiz azaldır. Planetdə orta tempratur -30 -40C-yə düşür.

Belə təxmin edilir ki, dinozavrlar bu vəziyyətlə bacara bilmirlər. Ancaq əslində onlar daha əvvəl ölməyə başlamışdılar, ancaq asteroid bu prosesi sürətləndirib.

21
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Türkiyənin Baş Prokuroru: Ermənistanın terrorçu hücumlarını lənətləyirəm

33
(Yenilənib 21:10 28.09.2020)
Türkiyə Cumhuriyyətinin Baş Prokuroru Bəkir Şahin: "Din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana istiqamətlənmiş Ermənistanın terrorçu hücumlarını lənətləyirəm"

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Cumhuriyyətinin Baş Prokuroru Bəkir Şahin Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə göndərdiyi mesajda Ermənistanın hücumlarını lənətlədiyini dilə gətirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, B.Şahin K.Əliyevə göndərdiyi mesajda Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə edilən hücumlardan hiddətləndiyini ifadə edib.

"Dünən də, bu gün də, sabah da din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana istiqamətlənmiş Ermənistanın terrorçu hücumlarını lənətləyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Yaralılara şəfa diləyirəm", - deyə B. Şahin K.Əliyevə telefon zəngi zamanı bildirib.

33
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

İlham Əliyev Türkiyə prezidentinə təşəkkür edib

55
(Yenilənib 20:01 28.09.2020)
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirib.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti, əziz qardaşı cənab Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib.

"Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən hörmətli cənab Prezident başda olmaqla qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləmiş və özünün birmənalı dəstəyini göstərmişdir. Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir", - deyə Hacıyev bildirib.

Onun sözlərinə görə, Tovuz hadisələri zamanı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olub:

"Prezident İlham Əliyev Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Azərbaycan və Türkiyə "Bir millət iki dövlət" prinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir".

55
Yük maşını

Aksiyaya qoşulmaq istəyənlər BNA-ya müraciət edə bilərlər

0
(Yenilənib 23:04 28.09.2020)
Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər.

BAKI, 28 sentyabr — Sputnik. Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə "Hər şey vətən üçün" aksiyası davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, iyul ayının düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə "Hər şey vətən üçün" aksiyasına başlayıb. Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

0