Rəqibdir, rəqib deyil? ABŞ artıq Rusiyanı güclü saymır

© AP Photo / Khalid MohammedАмериканский военный на авиабазе в Ираке
Американский военный на авиабазе в Ираке - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd olunur ki, Krımın ilhaqı ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasından sonra Moskva və Pekinlə qarşılıqlı əlaqələr əhəmiyyətli dərəcədə artıb.

BAKI, 27 iyul — Sputnik. Birləşmiş Ştatlar rəhbərliyi artıq Rusiyanı öz əsas rəqibi hesab etmir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Rusiyalı hərbi qulluqçular, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Nə yardan doyur, nə əldən qoyur: "Rusiyasız mümkün deyil"

Nəşrin məlumatına görə, Birləşmiş Ştatlar Prezidenti Donald Trampın Administrasiyası həm texnologiyalar, həm də hərbi potensial baxımından Çini əsas təhdid hesab edir. Məhz Rusiyanın "Qərbyönümlü dünya düzəninə birbaşa meydan oxumasına baxmayaraq" Ağ Ev Moskvanı əsas rəqib hesab etməkdən imtina edib.

Vaşinqtonda hesab edirlər ki, Çin rəhbərlərinin hərəkətləri "daha artıq hərbi tonla" birgə müşahidə olunur. Həmçinin qeyd olunur ki, Krımın ilhaqı ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasından sonra Moskva və Pekinlə qarşılıqlı əlaqələr əhəmiyyətli dərəcədə artıb.

Bəzi amerikalı siyasətçilər hesab edirlər ki, Rusiya Çinə qarşı ABŞ-la birləşə biləcək. Onun fikrincə, Moskva və Pekinin münasibətləri ilk baxışdan göründüyü kimi möhkəm deyil.

Xəbər lenti
0