Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropa bazarları çökdü

© AP Photo / Mark LennihanБиржа
Биржа - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə Avropa bazarında geriləməyə bir səbəb kimi Birləşmiş Ştatlar və Çin arasında ticarət sahəsində gərginlik də göstərilir.

BAKI, 27 iyul — Sputnik. Avropa Fond Birjası koronavirus epidemiyasının ikinci dalğasına dair ehtimallar fonunda yenidən çöküb. Bu göstəriciyə görə lider - aviaşirkətlər və səyahət sektoru ilə bağlı olan digər şirkətlərdir. Bu barədə Sputnik Azərbaycan "Bloomberg"ə istinadən xəbər verir.

Qeyd olunur ki, "Airbus" şirkətinin dəyəri 2,1% azalıb. Regionun böyük müəssisələrinin indeksi "Stoxx Europe 600" 0,4 faiz ucuzlaşıb. Ümumilikdə Avropa bazarında geriləməyə bir səbəb kimi Birləşmiş Ştatlar və Çin arasında ticarət sahəsində gərginlik də göstərilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 16,2 milyonu keçib, 648 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0