Ermənistanda koronavirusa yoluxanların sayı 38 minə çatır

© AP Photo / Pavel GolovkinМедик транспортирует пациента с подозрением на коронавирусную инфекцию в Москве
Медик транспортирует пациента с подозрением на коронавирусную инфекцию в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda isə daha 6 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1137-ə çatıb

BAKI, 27 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 37790-ə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 73 nəfər artıb.

Ermənistanda son gündə daha 6 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 711-ə çatıb. Xəstəlikdən sağalanların sayı 2665 olub. Hazırda bu ölkədə 9793 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 6 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1137-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 16,2 milyonu keçib, 648 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0