Встреча глав государств-участников Нормандского формата в Елисейском дворце

Zelenski Putinə zəng edib

14
(Yenilənib 20:31 26.07.2020)
Telefon danışığı zamanı Ukraynadakı vəziyyətin həlli yolları müzakirə olunub. Dövlət başçıları Minsk razılaşması çərçivəsində daha çox danışıqlar aparmaq qərarına gəliblər.

BAKI, 26 iyul – Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında bildirilir.

Rəsmi məlumata görə, telefon danışığının təşəbbüskarı Ukrayna tərəfi olub. Telefon danışığı zamanı Ukraynadakı vəziyyətin həlli yolları müzakirə olunub. Dövlət başçıları Minsk razılaşması çərçivəsində daha çox danışıqlar aparmaq qərarına gəliblər. Bundan əlavə, daha çox effektivliyə nail olmaq üçün bu sənəddə qeyd edilən razılaşmalara əməl edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, iki ölkənin lideri sonuncu dəfə 2020-ci ilin fevralında telefonla danışıblar. O zaman da danışıqların təşəbbüskarı Ukrayna tərəfi olmuşdu.

Zelenski və Putin ilk dəfə 2019-cu il dekabrın 9-da Parisdə “Normandiya dördlüyü” çərçivəsində görüşüblər.

14
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

4
(Yenilənib 23:18 31.10.2020)
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

4
Teqlər:
"Gürcü arzusu", Gürcü arzusu partiyası, Bidzina İvanişvili, Parlament seçkiləri, seçkilər, Mixeil Saakaşvili, Gürcüstan
Əlaqədar
Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan İzmir fəlakətindən danışarkən İlham Əliyevin ona dəstək təklif etdiyi bildirib

16
(Yenilənib 22:19 31.10.2020)
Ərdoğan təbii fəlakət nəticəsində dəyən zərərin ödənilməsi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

BAKI, 31 oktyabr - Sputnik. Hazırda İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb, xəsarət alanlar 885 nəfərdir.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki təbii fəlakətin nəticələri ilə daha yaxından tanış olmaq üçün Seferhisar rayonuna gedərkən bildirib. 

O qeyd edib ki, yaralılardan 667-si evə buraxılıb, 218-nin isə müalicəsi davam edir. Dağıntılar altında qalan 103 nəfər xilas edilib.

Türkiyə Prezidenti deyib ki, zəlzələdən zərər çəkənlərin yaşayış və qida ehtiyaclarının ödənməsi üçün lazımi tədbirlər görülür. Bununla yanaşı, o, təbii fəlakət nəticəsində dəyən zərərin ödənilməsi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

16
Teqlər:
İzmir şəhəri, İzmir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev