ABŞ və Çin bayraqları, arxiv şəkli

Diplomatik müharibə: Bu dəfə ABŞ Çindəki konsulluğunu boşaldır

9
(Yenilənib 19:01 26.07.2020)
Çin tərəfinin Baş Konsulluğun bağlanması üçün verdiyi 72 saatlıq müddət iyulun 27-də Pekin vaxtı ilə səhər saat 10-da bitir

BAKI, 26 iyul – Sputnik. ABŞ Pekinin tələbi əsasında Çinin Çendu şəhərindəki Baş Konsulluğunu boşaldır.

Sputnik Azərbaycan Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, iyulun 26-da səhər saatlarında bir neçə yük avtomobili və avtobus diplomatik nümayəndəliyi tərk edib. Diplomatik nümayəndəliyin ətrafında prosesi izləmək üçün minlərlə yerli sakin toplaşıb. Polis təhlükəsizliyin təminatı üçün kordon təşkil edilib.

Çin tərəfinin Baş Konsulluğun bağlanması üçün verdiyi 72 saatlıq müddət iyulun 27-də Pekin vaxtı ilə səhər saat 10-da bitir.

Qeyd edək ki, iyulun 24-də Vaşinqtonun tələbi əsasında Çinin ABŞ-ın Hyuston şəhərindəki Baş Konsulluğu fəaliyyətini dayandırıb.

9
Şəhid general Polad Həşimovun portreti, arxiv şəkli

Türkiyədə general Həşimovun adına park salındı - VİDEO

16
(Yenilənib 20:31 28.10.2020)
Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər

BAKI, 28 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bursanın Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

16
Əlaqədar
Türkiyədə Polad Həşimovun xatirəsi əbədiləşdirilir
"Təhlükəsizlik baxımından bizim üçün Türkiyənin önəmi qiymətsizdir" – Azərbaycanlı general
"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral

Qurtuluş Savaşında Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlmişdi - Səfir

6
(Yenilənib 19:18 28.10.2020)
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral: "Dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizəsində can Azərbaycanın yanındadır"

BAKI, 28 oktyabr — Sputnik. "Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə Qurtuluş Savaşında qazandığımız böyük qələbəni taclandıran cümhuriyyətin 97-ci il dönümünü böyük bir coşğu ilə qeyd edirik. 100 il əvvəl Qurtuluş Savaşında Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlmişdi".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, bu gün də Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün böyük bir Qurtuluş Savaşı aparır.

"Dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizəsində can Azərbaycanın yanındadır. Hamımızın ürəyi Azərbaycanın torpaqlarını azad etməsi, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldığı yurd-yuvalarına geri dönməsi üçün döyünür. Cümhuriyyəti bizə ərmağan edən Qazi Mustafa Kamal Atatürk və silahdaşları ilə Türkiyə və Azərbaycanın qurtuluşu, təhlükəsizliyi, rifahı və xoşbəxtliyi uğrunda həyatını fəda edən bütün şəhidlərimizi rəhmətlə anırıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", - deyə səfir qeyd edib.

6
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Ermənistan ordusunun döyüş meydanından qaçan qüvvələri məhv edilib VİDEO

20
(Yenilənib 20:41 28.10.2020)
Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin birləşmələrinə zərbələr endirməkdə davam edirlər.

Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin görüntüləri təqdim edirik.

20
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə