Məkkə zəvvarlar üçün açıldı – Ancaq krallıqda yaşayanlar gedə biləcəklər

© AFP 2023 / Bandar AldandaniПустующая Мечеть аль-Харам в первый день Рамадана, Мекка
Пустующая Мечеть аль-Харам в первый день Рамадана, Мекка - Sputnik Azərbaycan
Abunə olmaq
Zəvvarlar Məkkəyə gəlməzdən əvvəl öz evlərində karantin müddəti keçirib və bundan sonra yenidən COVID-19-a qarşı müayinə olunublar

BAKI, 26 iyul – Sputnik. Səudiyyə Ərəbistanının qərarı ilə məhdud sayda – cəmi min zəvvarın iştirak edəcəyi Həcc ziyarətinə gələn ilk qrup qəbul edilib. Zəvvarlar Krallıqda yaşayan yerli və əcnəbi dindarlardan ibarətdir.

Sputnik Azərbaycan rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Krallığın Həcc və Ümrə məsələləri üzrə naziri Məhəmməd Saleh Bəntenin məhdud tərkibdə zəvvarların təhlükəsizliyi ilə bağlı açıqlamaları yer alıb. O bildirib ki, Kral Salmanın göstərişinə əsasən, bu il Həcc ziyarəti ev karantini ilə başlayıb. Zəvvarlar Məkkəyə gəlməzdən əvvəl öz evlərində karantin müddəti keçirib və bundan sonra yenidən COVID-19-a qarşı müayinə olunublar. Nazir əlavə edib ki, Məkkə və Mədinədəki müqəddəs məscidlərdə, habelə zəvvar düşərgələrində də yoluxma hallarının olmaması üçün ən ciddi tədbirlər görülüb.

Səudiyyəli nazir vurğulayıb ki, Krallıq son on il ərzində bütün dünyadan gələn 150 milyon zəvvara ən yüksək səviyyədə xidmət göstərib. O, növbəti ildə pandemiyanın aradan qalxacağına və normal Həcc ziyarəti keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti
0