İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

İranda vəziyyət yüngülləşmir Ölüm sayı durmadan artır

17
(Yenilənib 14:23 26.07.2020)
Ötәn 24 saat әrzindә daha 2 333 nәfәr koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 291 172 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 695 nəfərin vəziyyəti ağırdır.

BAKI, 26 iyul – Sputnik. İranda ötәn sutka әrzindә daha 216 nәfәr koronavirusdan (COVID19) ölüb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 15 700 nəfərə yüksəlib.

Sadat Lari әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 333 nәfәr koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 291 172 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 695 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 253 213 nәfәrin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, ötən günlərdə olduğu kimi Mazandaran, Fars, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Rəzəvi Xorasanı, Əlborz, Xuzistan, Lorestan, Gülüstan, Kirman, Zəncan və İlam vilayətləri qırmızı zonalardır.

İranda indiyәdәk 2,32 milyondan çox diaqnoz testi hәyata keçirilib.

17
Mövzu:
Dünyanı cənginə almış bəla (490)
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

18
Ermənistan Respublikasında son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1131-ə çatıb.

BAKI, 22 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 70836-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2306 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1131-ə çatıb. Xəstəlikdən sağalanların sayı 49787 nəfər olub. Hazırda bu ölkədə 19591 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41 milyonu keçib, 1,13 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

18
Mövzu:
Dünyanı cənginə almış bəla (490)
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Avropada əlahiddə iclas keçiriləcək

13
(Yenilənib 01:45 22.10.2020)
Sentyabrın sonunda səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakidis bildirmişdi ki, Avropanın bir sıra ölkələrində koronavirusla bağlı vəziyyət pisləşməkdədir

BAKI, 22 oktyabr - Sputnik. Avropa İttifaqının (Aİ) başçısı Şarl Mişel koronavirusun yayılması səbəbilə əlahiddə iclas keçirmək qərarına gəlib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Twitter-də yazıb.

Ş.Mişel avropalı liderləri oktyabrın 29-da qeyri-rəsmi videokonfransa dəvət edib.

"Biz koronavirusla mübarizədə kollektiv səylərimizi birləşdirməliyik", - Mişel yazıb.

Bir müddət öncə Avropa ölkələri arasında ilk "koronavirus milyonçusu" İspaniya oldu. Pandemiya başlanandan bəri bu qədər yoluxma sayı ilə İspaniya dünya üzrə altıncı pilləyə yüksəldi.

Sentyabrın sonunda səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakidis bildirmişdi ki, Avropanın bir sıra ölkələrində koronavirusla bağlı vəziyyət pisləşməkdədir. Onun sözlərinə görə, yazdakı alovlanmaya bənzər yoluxmanın qarşısını almaq üçün Avropanın son şansı qala bilər, buna görə də avrokomissar epidemiya əleyhinə tədbirlər görməyə səsləyib.

Oktyabrın 21-nə olan məlumata görə, dünyada 40.9 milyon COVID-19 xəstəsi var. Bunlardan 1,12 milyonu dünyasını dəyişib, 27.9 milyonu isə sağala bilib. Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Rusiya və Argentina öndədir. 

13
Teqlər:
iclas, Şarl Mişel, Avropa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla (490)
Əlaqədar
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
"Youtube" bəzi videoları siləcək
Bill Qeyts koronavirusa qalib gəlməyin yeganə yolunu açıqladı
Vasif Əliyev: “İnsanlar son günlər sanki koronavirusu unudublar”
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı daha bir psixoloji göstəricisini keçdi

0
(Yenilənib 13:58 22.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15971 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 290 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1463306-ya çatıb. Rusiyada pandemiya yayılandan 25242 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1107988-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0