Əlində Türkiyə bayrağı olan kişi Aya Sofya məscidinin qarşısında, arxiv şəkli

Türkiyədə işçiləri hələ bir il işdən çıxara bilməyəcəklər

10
(Yenilənib 09:09 26.07.2020)
İşçilərlə bağlanan əmək müqavilələrinin ləğv edilməsinin qarşısını almaq üçün tətbiq olunan tənzimləmə Prezidentin qərarı ilə 30 iyun 2021-ci ilə qədər uzadıla bilər.

BAKI, 25 iyul — Sputnik. Türkiyədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində məşğulluğun qorunmasına yönəlmiş qanun layihəsi qəbul edilib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, qanun layihəsi pandemiyanın məşğulluğa təsirlərini azaltmaq məqsədilə hazırlanıb.

Qanuna görə, dövlət başçısı qısaldılmış iş günü icazəsini 31 dekabr 2020-ci ilədək, işdən çıxarma qadağasını isə 30 iyun 2021-ci ilədək uzada bilər.

Başqa sözlə, işçilərlə bağlanan əmək müqavilələrinin ləğv edilməsinin qarşısını almaq üçün tətbiq olunan tənzimləmə Prezidentin qərarı ilə 30 iyun 2021-ci ilə qədər uzadıla bilər.

Prezident qısamüddətli iş icazəsi müddətini 31 dekabr 2020-ci ilədək uzada biləcək. Yəni pandemiya ilə bağlı işçilər iş yerlərində qısamüddətli iş saatı icazəsindən istifadə edə bilərlər. Sonra həmin işçilər tam iş vaxtına qayıtdıqları halda İşsizlikdən Sığorta Fondu tərəfindən dekabrın 31-dək onlara vəsait ödəniləcək.

10
Qağayı fırtına zamanı dəniz üzrəində uçur, arxiv şəkli

Atlantik okeanı yenə qudurdu - bu dəfə Meksika körfəzini ağuşuna alacaq

122
(Yenilənib 08:54 19.09.2020)
Fırtınanın sabah axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

BAKI, 19 sentyabr — Sputnik. Dünən Atlantik okeanında tropik "Beta" fırtınası meydana gəlib.

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Milli Qasırğa Müşahidəsi Mərkəzi yayıb.

Məlumata görə, tropik fırtınanın yaratdığı küləyin sürəti 18 m/s-ə çatır. Meksikanın liman şəhəri olan Tampikodan təqribən, 545 km şimal-şərqdə yaranan fırtına hazırda şimal-şərq istiqamətində təxminən, 15 km/saat sürətlə hərəkət etməkdədir.

Fırtınanın bazar günü axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

122
Teqlər:
qasırğa, fırtına, Meksika körfəzi, Atlantik okeanı
Xəstəxana, arxiv şəkli

Türk dünyasının "diva"sı təcili xəstəxanaya yerləşdirilib

20
(Yenilənib 08:57 19.09.2020)
Bülənt Ərsoy: Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam

BAKI, 18 sentyabr — Sputnik. Türk dünyasının "diva"sı sayılan Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, xəstəxanaya yerləşdirilən müğənninin mədə qanaması keçirdiyi məlum olub. O, bu barədə özünün "İnstagram" sosial şəbəkəsində yazıb.

Məşhur müğənni izləyivcilərinə tezliklə sağalacağını deyib: "Mənə görə narahat olmayın. Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam. Bir neçə gün sonra normal həyatıma dönəcəm. Diqqətinizə görə təşəkkür edirəm".

View this post on Instagram

A post shared by Bülent Ersoy (@bulentersoy.com.tr) on

Məlumat üçün bildirək ki, əsl adı Bülənt Ərsoy olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başlayıb. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşıb.

1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan Bülənt Ərsoy indi də məşhur müğənnilər siyahısındadır. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ərsoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o, səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Nəticədə Bülent Ərsoy uzun müddət səhnədən uzaqlaşdırılıb. 1976-cı ildə onun həyatına aid "Sıralardakı həyəcan" adlı film çəkilib.

20
Teqlər:
türk, Bülənt Ərsoy
İnsanın kölgəsi, arxiv şəkli

Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi

0
(Yenilənib 18:13 19.09.2020)
Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 19 sentyabr — Sputnik. Xəbər verildiyi kimi, "Güllübulaq" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Füzuli Adıgözəlovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a bildirilib ki, istintaq zamanı toplanmış sübutlarla "Güllübulaq" MMC-nin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun 2011-2015-ci illər ərzində Türkiyə Respublikasından müxtəlif məhsullar idxal edib "Güllübulaq" MMC-nin anbarına mədaxil etmədən həmin Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla da, "Güllübulaq" MMC-yə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Füzuli Adıgözəlovun Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da şübhələr üçün əsaslar yaranıb.

Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

18 sentyabr 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0