Türkiyə bayrağı, arxiv şəkli

Türkiyədən Yunanıstana müharibə xəbərdarlığı: Egedəki aqibətinizi yaxşı xatırlamalısınız

2389
(Yenilənib 19:48 25.07.2020)
"Tarixdən dərs almamış bu irqçi düşünənlərin bayrağımıza hörmətsizlik edənlərin Egedəki aqibətini yaxşı xatırlamaları lazımdır. Milli suverenliyindən istifadə ilə bağlı heç bir ölkə Türkiyəyə dərs verə bilməz"

BAKI, 25 iyul — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanda Türkiyə bayraqlarının yandırılmasına sərt reaksiya verib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Yunanıstanın Saloniki şəhərində radikal bir qrup Aya Sofyanın yenidən ibadətə açılmasına etiraz edərək Türkiyə bayraqlarını yandırıb.

Hadisə ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy sərt açıqlama verib: "Yunanıstan Aya Sofya məscidinin ibadətə açılmasına reaksiya verməsilə İslama və Türkiyəyə qarşı düşmənliyini bir daha ortaya qoyub. Yunanıstan hökumətinin və parlament üzvlərinin Saloniki şəhərində şanlı bayrağımızın yandırılmasına icazə verməsini qətiyyətlə qınayırıq. Tarixdən dərs almamış bu irqçi düşünənlərin bayrağımıza hörmətsizlik edənlərin Egedəki aqibətini yaxşı xatırlamaları lazımdır. Milli suverenliyindən istifadə ilə bağlı heç bir ölkə Türkiyəyə dərs verə bilməz...".

Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarı əsasında imzaladığı fərmanla Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Aya Sofyada 86 ildən sonra cümə namazı qılınıb. Cümə namazına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə parlamentinin sədri Mustafa Şentop, MHP sədri Dövlət Baxçalı, sabiq Baş Nazir Tansu Çiller, hökumət üzvləri, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun, Diyanət İşləri Başqanı Ali Erbaş və digər şəxslər qatılıblar.

2389
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib

4
Tramp mühafizə xidməti əməkdaşlarının xahişi ilə mətbuat konfransını yarımçıq dayandırmağa məcbur olub.

BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Ştatların prezidenti Donald Tramp təcili telefon zənginə əsaslanaraq mətbuat konfransını yarımçıq tərk edib.

Bu barədə Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir.

"Mən təcili zəng gəldi. Mən qayıdacağam, sabah görüşərik", - Ağ Evin başçısı bildirib.

Tramp telefon zənginin nə ilə əlaqədar olduğunu açıqlamayıb.

Qeyd edək ki, analoji hadisə avqustun 10-da da baş verib. Tramp mühafizə xidməti əməkdaşlarının xahişi ilə mətbuat konfransını yarımçıq dayandırmağa məcbur olub. ABŞ lideri bir neçə dəqiqə sonra geri qayıdaraq bildirib ki, Ağ Evin ətrafında atışma olub və hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsə atəş açaraq onu yaralayıblar.

4
Podiumda model, arxiv şəkli

Fahriye Evcen məşhur markanın siması oldu

15
Markanın yeni seriyasına aid olan məhsulları reklam edən Fahriye Evcen, qazaxıstanlıların sevimlisinə çevrilib

BAKI, 23 sentyabr — Sputnik. Orta Asiyada çox sayda fanatları olan Fahriye Evcenin marka üzü olduğu L'Oréal'ın reklam filmi Qazaxıstanda yayınlanmağa başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, markanın yeni seriyasına aid olan məhsulları reklam edən Fahriye Evcen, qazaxıstanlıların sevimlisinə çevrilib.

Sosial media hesabından: "Qazaxıstandakı sevənlərimlə bir arada olmaq mənim üçün çox həyəcanlıdır. Orta Asiya və Qazaxıstanla çox sıx bağlarımız var. Onlar xüsusi münasibət bəslədiyim bölgədir" deyə Fahriye Evcen fikirlərini belə ifadə edib.

15
Эмблема и флаги участников Содружества Независимых Государств

Yaxın tariximizin taleyüklü qərarlarından birinin qəbul olunduğu gün

0
(Yenilənib 08:19 24.09.2020)
Azərbaycan Respublikası qurumun sahəvi əməkdaşlıq orqanlarından 30-da, digər orqanların isə 11-də iştirak edir.

BAKI, 24 sentyabr — Sputnik. 1993-cü il sentyabrın 24-də ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, həmin gün MDB Nizamnaməsi Azərbaycan rəhbərliyi tərəfindən ratifikasiya olunub.

Azərbaycan qurumun sahəvi əməkdaşlıq orqanlarından 30-da, digər orqanların isə 11-də iştirak edir. MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığı davam etdirən Azərbaycan bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

0