Ultrabənovşəyi lampa

Ultrabənövşəyi şüa koronavirusu öldürür

20
(Yenilənib 22:15 22.07.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 23 iyul — Sputnik. Ultrabənövşəyi şüa və yüksək temperatur səthlər üzərində koronavirusu daha tez öldürməyə yardım edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Q.P.Somova adında epidemiologiya və mikrobiologiya üzrə araşdırma institutunun eksperimental virusologiya laboratoriyasının elmi əməkdaşı Qalina Kompanets bildirib.

Onun sözlərinə görə, isti hava zamanı koronavirus istənilən səthdə bir saat ərzində ölür. Ona görə də məhz bu metod laboratoriyaların dezinfeksiyası zamanı daha tez-tez istifadə olunur: "Lakin ultrabənövşəyi şüanın təsirinə baxmayaraq koronavirusa küçədə təmas zamanı yoluxmaq olar. Məsələn küçədə danışıq zamanı üz maska ilə qorunmursa, onda asqırma və ya öskürmə zamanı yoluxma baş verə bilər".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 15 milyonu keçib, 616 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

20
Yerevanda etirazlar, arxiv şəkli

Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək

4
(Yenilənib 14:49 22.09.2020)
Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

BAKI, 22 sentyabr — Sputnik. Ermənistanın üç müxalifət partiyası "Çiçəklənən Ermənistan", "Daşnaksutyun" və "Vətən" partiyaları oktyabrın 8-nə ümumdövlət mitinqi təyin edib. Sputnik Azərbaycan Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasi partiyaların yaydığı birgə bəyanatda bildirilir.

Partiyalar bəyan ediblər ki, "ölkədə yaranmış vəziyyəti qiymətləndirərək və yeni keyfiyyətli milli hökumətin qaçılmaz olmasını hesab edərək" mitinq keçirmək barədə qərar qəbul edilib.

Mitinqin oktyabrın 8-i Yerevanın Azadlıq meydanında keçirilməsi planlaşdırılır.

Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

4

Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir

1
(Yenilənib 14:35 22.09.2020)
Pandemiya nə vaxt bitəcək? Yəqin ki, bu sual hamını narahat edir. Koronavirus probleminə son qoymağa Rusiyanın "Sputnik V" vaksini də kömək edəcək. Hansı ölkələr Rusiya preparatını almaq niyyətindədir və daha harada vaksin yaradılır – ətraflı videoçarxımızda.

Rusiyanın COVID-19 əleyhinə vaksini yaratmasını kosmosa uçuşla müqayisə etmək olar. "Sputnik V" preparatı effektivliyini və təhlükəsizliyini sübut edib.

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu >>

Rusiya peyvəndini ilk olaraq Belarus alacaq. Qazaxıstan da onun tədarükü üçün saziş imzalayıb. Vaksinini həmçinin yaxın vaxtlarda Moldova, Azərbaycan və Tacikistan əldə etməyə hazırlaşır.

1
DİN-in xüsusi təyinatlı polis dəstəsi, arxiv şəkli

Silahlı şəxslərə qarşı əməliyyat keçirildi

0
(Yenilənib 14:53 22.09.2020)
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

BAKI, 22 sentyabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança. 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

0