Lutsk şəhərində girovların götürülməsi yerində

Ukraynada insanları girov götürmüş terrorçunun tələblərindən biri yerinə yetirilib

120
(Yenilənib 23:53 21.07.2020)
"2005-ci ildə çəkilmiş "Yer sakinləri" filminə hamı baxsın" - Zelenski Facebook səhifəsində dərc olunmuş videomüraciətdə deyib.

BAKI, 21 iyul - Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Lutsk şəhərində avtobus şərnişinlərini girov götürmüş kişinin tələbini yerinə yetirib.

Volın vilayəti milli polisinin şefi Yuri Kroşkonun bildirdiyinə görə, terrorçu ümumi tələblər irəli sürüb və sistemdən narazılığını bildirib. Belə ki, o tələb edib ki, dövlət başçısı vətəndaşları "Yer sakinləri" filminə baxmağa çağırsın.

"2005-ci ildə çəkilmiş "Yer sakinləri" filminə hamı baxsın" - Zelenski Facebook səhifəsində dərc olunmuş videomüraciətdə deyib.

"Yer sakinləri" insanın heyvanlara qarşı sərt münasibətinə, həmçinin qlobal miqyasda heyvandarlıq və balıqçılığın zərərlərinə həsr olunmuş ABŞ sənədli filmidir.

120
Gəncədə vəziyyət, arxiv şəkli

10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu - UNICEF-dən erməni terroru ilə bağlı bəyanat

0
(Yenilənib 11:09 29.10.2020)
"Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir"

BAKI, 29 oktyabr — Sputnik. "10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu, 9 yaşlı Viktoriya, 13 yaşlı Şəhriyar, 13 yaşlı Artur, 14 yaşlı Fərid, 15 yaşlı Fidan, 15 yaşlı Nigar, 16 yaşlı Orxan. Bunlar, Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda bir ay davam edən döyüşlər zamanı öldürülən 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlan və 12 yaşlı qızın adları hələlik açıqlanmayıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə UNICEF-in Dağlıq Qarabağ və ətrafında gedən bir aylıq döyüşlərə dair yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, 130 mindən çox insan evlərindən didərgin düşüb, 76 məktəb və uşaq bağçasına ziyan dəyib, bir doğum evi topla atəşə tutulub: "Mülki bölgələrə gündəlik endirilən raket hücumlarının psixoloji təsirinə məruz qalan saysız-hesabsız uşaqlar qorxu keçirirlər. Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir. UNICEF uşaqların bundan sonra da həlak olmaması üçün döyüşlərin dərhal və tam dayandırılması üçün bir daha müraciət edir".

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası
Yalnız Xədicə sağ qalıb: qızın xalası onun vəziyyəti barədə danışıb
Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."
Gəncədə öldürülən 26 nəfərdən 10-u qadın, 6-sı uşaqdır - Baş Prokurorluq
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Hacıyev: "Charlie Hebdo" jurnalının Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq"

7
(Yenilənib 10:46 29.10.2020)
Jurnal özünün islamofob fəaliyyəti ilə faktiki olaraq söz, mətbuat azadlığından sui-istifadə edir, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. "Charlie Hebdo" jurnalının İslam dini, böyük İslam Peyğəmbəri ilə bağlı təxribatçı əməlləri bütün dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması, müasir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, "Charlie Hebdo" ilk dəfə deyil ki, dini inanclara qarşı belə düşmənçilik əməlləri törədir. Jurnal özünün islamofob fəaliyyəti ilə faktiki olaraq söz, mətbuat azadlığından sui-istifadə edir, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edir:

"Charlie Hebdo" jurnalının qardaş Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanı hədəfə almasını da qəbuledilməz hesab edir və kəskin şəkildə qınayırıq.

Bu günlərdə Fransanın TF1 televiziya kanalının cəbhə xəttindən obyektiv reportaj hazırlayan jurnalistinin ermənilər tərəfindən təhqir olunması və hədələnməsinə münasibətdə susqunluq nümayiş etdirib "Charlie Hebdo"nun təxribatlarına fikir azadlığının arxasında gizlənərək bəraət qazandırılması cəhdləri bir sıra suallar doğurur.

"Charlie Hebdo"nun əməlləri bir daha günümüzdə məsuliyyətli jurnalistika məsələsinin nə qədər aktual olduğunu göstərir".

7
Əlaqədar
Məhəmməd peyğəmbəri təhqir edən jurnalın binası qarşısında insanlara hücum
"Charlie Hebdo" Ərdoğanın təhqiramiz karikaturalarını yayımladı
Ərdoğan "Charlie Hebdo"nu məhkəməyə verdi
Neft buruqları, arxiv şəkli

Azərbaycan nefti 39 dollara düşüb

0
(Yenilənib 11:17 29.10.2020)
Neftin qiyməti dünyada koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,26 dollar ucuzlaşaraq 39,26 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,07 dollar artaraq 39,19 dollar, "Light" markalı neftin qiyməti isə 0,13 dollar bahalaşaraq 37,52 dollar olub.

Qeyd edək ki, neftin qiyməti dünyada koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj