Kim Kardaşyan Kanye Uesti "dəlixana"ya saldırmaq istəyir

© AFP 2023 / Angela WeissКим Кардашян на балу Института костюма Met Gala в Нью-Йорке
Ким Кардашян на балу Института костюма Met Gala в Нью-Йорке - Sputnik Azərbaycan
Abunə olmaq
"Kim Vayominqə həkimlə gəlməyə cəhd edərək "Uzaq" filmində olduğu kimi məni ruhi xəstəxanaya saldırmaq istəyirdi. Çünki mən qızımın həyatını necə qurtara biləcəyimi düşünərək ağlayırdım", – deyə Uest qeyd edib.

BAKI, 21 iyul — Sputnik. Kanye Uest Kim Kardaşyanı onu dəlixanaya saldırmağa cəhd eməkdə günahlandıırb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, öz həyat yoldaşı Kim Kardaşyana qarşı ittihamedici paylaşımlar edib.

Musiqiçi qeyd edib ki, "Uzaq" filmi onun haqqında çəkilib. Bundan başqa, o, yeni albomun anonsunu da verib.

"Kim Vayominqə həkimlə gəlməyə cəhd edərək "Uzaq" filmində olduğu kimi məni ruhi xəstəxanaya saldırmaq istəyirdi. Çünki mən qızımın həyatını necə qurtara biləcəyimi düşünərək ağlayırdım", – deyə Uest qeyd edib.

Xatırladaq ki, Kanye Uest ABŞ prezidenti olmağa hazırlaşır. "Hamı bilir ki, "Uzaq" filmi mənim haqqımdadır", - deyə reper bildirib.

Tvitlərin çox hissəsi sonradan silinsə də, yeni albomun anonsu haqqında məlumat qalıb. Yeni albom "Donda" adlanır və 12 mahnıdan ibarətdir. Uest bildirib ki, albom cümə günü işıq üzü görəcək.

Xatırladaq ki, bir müddət əvvəl Uest bildirmişdi ki, ata olmağa özünü hazır hiss etmədiyinə görə Kardaşyanı abort etməyə razı sala bilib.

Xəbər lenti
0