"Qışqıran mumiya"nın sirri açıldı

© AP Photo / Hamada ElrasamЕгипетские рабочие раскопок восстанавливают мумию в недавно обнаруженной гробнице на Западном берегу Луксора, Египет
Египетские рабочие раскопок восстанавливают мумию в недавно обнаруженной гробнице на Западном берегу Луксора, Египет - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının mumiyalanmış cəsədi 1881-ci ildə Luksorada Deyr-əl-Bəhri arxeoloji kompleks ərazisində tapılıb.

BAKI, 21 iyul — Sputnik. Misirşünas Zahi Havass və Qahirə Universitetinin radiologiya professoru Sahar Salim təxminən üç min il əvvəl vəfat edən bir qadının ölüm səbəbini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, elm adamlarına "qışqıran mumiya" kimi tanınır.

Misir ehramları - Sputnik Azərbaycan
Misir ehramlarının min illərlə gizli qalan sirri açılır

Qadının mumiyalanmış cəsədi 1881-ci ildə Luksorada Deyr-əl-Bəhri arxeoloji kompleks ərazisində tapılıb.

XX – XXI sülalələrin keşişləri bir neçə məmur mumiyasını soyğunçulardan xilas etmək üçün gizlədiblər.

Məlumata görə, qadın mumiyalardan biri başı arxaya atılmış, ağzı açıq şəkildə mumiyalanıb. Onun üzündəki dəhşət cizgiləri əbədi olaraq qalıb.

Onun ölüm səbəbi uzun müddət müəyyən edilməmiş qalıb. Ancaq araşdırmalar zamanı alimlər kompüter tomoqrafiyası ilə qadının ölüm səbəbini müəyyən edə biliblər. O, ürək çatışmazlığından ölüb.

Qalan yazılar cəsədin şahzadə Meret Amona aid olduğunu müəyyən edib. Ancaq Misir tarixində bu adda 3 şahzadə olub. Ancaq onlardam hansının tapıldığı məlum deyil.

Təhlillər göstərib ki, qadın ölən zaman onun 50 yaşı olub. O, ağır aterosklerozdan əziyyət çəkirmiş. Alimlər müəyyən ediblər ki, o, anidən ölüb və bir neçə saatdan sonra tapılıb. Cəsədi balzamlaşdırmağa imkan yaransa da, onun qaçmış çənəsini bərpa etmək mümkün olmayıb. Bundan başqa onlar şahzadənin beynini çıxarmayıblar.

Digər mumiya isə, firon III Ramsesin oğlu Şahzadə Pentaura aid idi. Onu atasının qətlində iştirak etməkdə günahlandıraraq edam etmişdilər. Cəsəd hamı kimi ağ kətan deyil, qoyun dərisinə bükülmüşdü.

Xəbər lenti
0