İran və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov, arxiv şəkli

Danışıqlar aktivləşir Lavrov Zərif Moskvada danışıqlar aparacaq

18
(Yenilənib 13:38 20.07.2020)
Çərşənbə axşamı Moskvada Lavrov və Zərifin danışıqları baş tutacaq. Xarici işlər nazirləri ötən ay da bir araya gəlmişdilər

BAKI, 20 iyul — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov çərşənbə axşamı Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlar aparacaq.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.

"Çərşənbə axşamı Moskvada Lavrov və Zərifin danışıqları baş tutacaq", - deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, Lavrov və Zərif ötən ay da Moskvada bir araya gəlmişdilər.

18
Şəhid general Polad Həşimovun portreti, arxiv şəkli

Türkiyədə general Həşimovun adına park salındı - VİDEO

18
(Yenilənib 20:31 28.10.2020)
Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər

BAKI, 28 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bursanın Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

18
Əlaqədar
Türkiyədə Polad Həşimovun xatirəsi əbədiləşdirilir
"Təhlükəsizlik baxımından bizim üçün Türkiyənin önəmi qiymətsizdir" – Azərbaycanlı general
"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral

Qurtuluş Savaşında Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlmişdi - Səfir

7
(Yenilənib 19:18 28.10.2020)
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral: "Dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizəsində can Azərbaycanın yanındadır"

BAKI, 28 oktyabr — Sputnik. "Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə Qurtuluş Savaşında qazandığımız böyük qələbəni taclandıran cümhuriyyətin 97-ci il dönümünü böyük bir coşğu ilə qeyd edirik. 100 il əvvəl Qurtuluş Savaşında Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlmişdi".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, bu gün də Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün böyük bir Qurtuluş Savaşı aparır.

"Dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizəsində can Azərbaycanın yanındadır. Hamımızın ürəyi Azərbaycanın torpaqlarını azad etməsi, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldığı yurd-yuvalarına geri dönməsi üçün döyünür. Cümhuriyyəti bizə ərmağan edən Qazi Mustafa Kamal Atatürk və silahdaşları ilə Türkiyə və Azərbaycanın qurtuluşu, təhlükəsizliyi, rifahı və xoşbəxtliyi uğrunda həyatını fəda edən bütün şəhidlərimizi rəhmətlə anırıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", - deyə səfir qeyd edib.

7
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Elnur Hüseynov, arxiv şəkli

"Eurovision" ulduzlarından Gəncə terroru barədə klip

0
(Yenilənib 20:03 28.10.2020)
"Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

BAKI, 28 oktyabr — Sputnik. "Eurovision" mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər. Sputnik Azərbaycan xəbər verir ki, "Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

Müğənni kliplə bağlı danışarkən bunları deyib: "Oktyabrın 4, 11 və 17-də Azərbaycanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən, əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Gəncəyə üç raket hücumu nəticəsində 26 nəfər həlak olub. Həlak olanlar arasında 10 qadın və 6 uşaq var. Daha 138 nəfər yaralanıb. İndi informasiya müharibəsi gedir və hər kəsin öz silahı var: bizim mahnımız ingilis dilində olduğu üçün istədim ki, yenidən o mahnıya qayıdaq və bütün həqiqəti dünyaya çatdıraq. Bu arzumu Fidanın atası Yaqub müəllimə bildirəndə o, mənim ideyamı ürəkdən dəstəklədi".

Rejissor Ülviyyə Könül bildirib ki, bu klipin ərsəyə gəlməsində məqsəd həqiqəti bəşəriyyətə çatdırmaqdır: "Mənim fikrimcə, bu klip çox güclü material yaratmağa kömək edib, çünki bu mövzuya laqeyd qalmaq mümkün deyil".

Layihə müəlliflərinin sözlərinə görə, bu gün dünya birliyi anlamalıdır ki, Ermənistanın terrorçu qoşunları Azərbaycan ərazisində vuruşur, lakin Qarabağın hüdudlarından uzaqlarda dinc əhaliyə qarşı vəhşiliklər törədirlər.

Mahnının sözləri Cəlal Qurbanovundır. Misraları ingilis dilinə tərcümə etmiş şairə Nigar Həsənzadə deyir:

"Bu mahnı doğma Azərbaycanımızın övladlarına, müharibə nəticəsində həyatlarını itirmiş günahsız qurbanlara görə bizim ümumi harayımız və fəryadımızdır. Bu mahnı dünya birliyini həqiqətin gözünün içinə baxmağa, öz ambisiyalarını müvəqqəti də olsa, unutmağa, mənfur erməni diasporunun təsirinə uymamağa və terrorçu ermənilərin bəşəriyyət əleyhinə törətdiyi dəhşətli cinayətlərə görə onları mühakimə etməyə çağırışdır".

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə