ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp əsəbiləşdi: "Hamı maska taxsa da, virus yox olmayacaq"

305
(Yenilənib 21:48 18.07.2020)
"Bilirsiniz, maskalar da problemlər yaradır. Amma buna baxmayaraq, mən maskalara inanıram. Hesab edirəm ki, maskalar yaxşıdırlar", - deyə Tramp əlavə edib.

BAKI, 18 iyul — Sputnik. Birləşmiş Ştatlar Prezidenti bütün amerikalılara tibbi maska taxmağı məsləhət görmək niyyətində deyil. Bu barədə Sputnik Azərbaycan "FOX News"-a istinadən xəbər verir.

"Xeyr, mən istəyirəm ki, insanların müəyyən azadlığı olsun. Mən buna inanmıram, xeyr. Mən əgər hamı maska taxsa, bütün bunların yox olacağına dair bəyanatla razı deyiləm", - deyə Tramp ümummilli miqyasda maska taxmağı məsləhət görmək istəmirmi sualını cavablandırarkən bildirib.

"Bilirsiniz, maskalar da problemlər yaradır. Amma buna baxmayaraq, mən maskalara inanıram. Hesab edirəm ki, maskalar yaxşıdırlar", - deyə Tramp əlavə edib.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 14107052-yə çatıb.

Məlumata əsasən virusa yoluxmuş 602657 nəfər vəfat edib, 7894890 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 647 min 715 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 758001 yoluxma qeydə alınıb.

305
Nüvə başlığı, arxiv şəkli

Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

4
(Yenilənib 21:32 20.09.2020)
Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib:

"Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Hələ ki, biz Rusiya tərəfindən RƏM sistemi ilə bağlı heç bir konkret təklif görməmişik".

"Əlbəttə, biz öz tərəfimizdən nüvə döyüş başlıqlarının raket əleyhinə sistemlərə quraşdırılmasını o qədər də uğurlu ideya saymırıq. Başqa sözlə desək, Rusiyanın bu sahədə etdiklərinə dair bizim də fikrimiz var. Biz RƏM mövzusunu müzakirə etməyə hazırıq, amma RƏM-lə bağlı heç bir məhdudiyyəti tətbiq etməyi nəzərdə tutmuruq", -  Billinqsli əlavə edib.

4
Teqlər:
RƏM, nüvə, Avropa, ABŞ
Əlaqədar
"Rusiyaya siqnal". ABŞ gizli sualtı qayığını Norveç sahillərinə niyə göndərib?
“Qərargah da göndərirlər”: ABŞ ordusu Avropanın şərqində nəyə hazırlaşır?
ABŞ-ın supersilahı öz vətəndaşlarına qarşı tətbiq edilib: nəticəsi...
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək
Venera planeti (solda qara nöqtə formasında) Günəşin qarşısından keçir, arxiv şəkli

Venera planetində həyat var?!

6
Ancaq son illərdə bu planetdə mikroorqanizmlərin koloniyalarının əmələ gələ biləcəyi deyilən bir neçə tədqiqat həyata keçirilib.

BAKI, 20 sentyabr — Sputnik. İngiltərə və ABŞ alimləri Veneranın atmosfer tərkibini analiz edərək, bioloji mənşəli olduğu ehtimal edilən element tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, söhbət fosfin elementindən gedir.

Versiyaya görə, fosfin müəyyən orqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələ bilər. Bunun doğru olub-olmaması hələ məlum deyil. Ancaq Venerada tədqiqatçıların əvvəllər düşünmədikləri mürəkkəb kimyəvi proseslərin getdiyi göz qabağındadır.

Bu kəşf ALMA rəsədxanası (Çili) və James Clark Maxvell infraqırmızı teleskopu (Havay) ilə edilib. Alimlər hələ illər əvvəl Venerada həyatın mümkünsüz olduğuna inanırdılar. Çünki ora çox isti idi və hava zəhərli maddələrlə dolmuşdu. Ancaq son illərdə bu planetdə mikroorqanizmlərin koloniyalarının əmələ gələ biləcəyi deyilən bir neçə tədqiqat həyata keçirilib.

Bununla da elm adamları naməlum canlıları təsvir edə biliblər. Belə ki, bu canlılar yaşamaq üçün yüksəklikdə qalmalı və xüsusi bir metabolizma növü istifadə etməlidirlər.

6