Əfsanəvi müğənninin nəvəsi intihar etdi

© AP Photo"Король рок-н-ролла" Элвис Пресли
Король рок-н-ролла Элвис Пресли - Sputnik Azərbaycan
Abunə olmaq
Benjamin Kio, Elvisin qızı Liza Preslinin və musiqiçi Denni Kionun oğludur. Gənc adam, Elvis kimi, musiqiçi idi və zahirən də babasına çox bənzəyirdi.

BAKI, 13 iyul — Sputnik. Rok-n-rollun kralı, əfsanəvi amerikalı müğənni və aktyor Elvis Preslinin nəvəsi Benjamin Kio həyatının 28-ci ilində intihar edib.

Азербайджанская певица Сямра Рагимли, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib

Hüquq-mühafizə orqanlarındakı mənbələr müğənninin nəvəsinin ABŞ-ın Kaliforniya ştatının Kalabasasas şəhərində yerləşən apartamentində güllə yarası ilə ölü tapıldığını bildiriblər. Onların məlumatına görə, söhbət intihardan gedir.

TMZ-nin yazdığına görə, Benjamin Kio, Elvisin qızı Liza Preslinin və musiqiçi Denni Kionun oğludur. Gənc adam, Elvis kimi, musiqiçi idi və zahirən də babasına çox bənzəyirdi. Lakin onun şəxsi həyatı barədə məlumatlar çox azdır.

"Onun ürəyi (Benjaminin anası — Red.) parçalandı, acıdan və kədərdən ölür, amma 11 yaşlı əkizləri və böyük qızı Rayliyə görə güclü olmağa çalışır. O, bu oğlanı çox sevirdi. O, bütün həyatının sevgisi idi", - deyə Liza Preslinin meneceri Rocer Vidınovski bildirib.

Elvis Presli 1977-ci ildə 42 yaşında vəfat edib, lakin Amerika pop mədəniyyətinin simvolu olaraq qalır və dünyanın ən çox albomu satılan solistlərinin üçlüyünə daxil olur. Dünyada Preslinin bir milyarddan artıq plastinkası və kompakt-diskləri satılıb. O, sağlığında qızıl, platin və ya multiplatin statusuna çatmış 150 albom yazdırıb. Həyatında üç dəfə "Grammy" mükafatına layiq görülüb. Elvisin 18 mahnısı Billboard hit paradında birinci yeri tutub.

Xəbər lenti
0