ABŞ-da epidemioloji vəziyyət

Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır

23
Amerikalı həkim deyir ki, vaksinin tezliklə yaradılacağı barədə xəbərlər arzuların gerçəklik kimi təqdim olunması cəhdləridir

BAKI, 12 iyul — Sputnik. Amerikalı həkim Çad Kriliç deyir ki, əgər hökumətlər və vətəndaşlar lazımi tədbirləri görməsələr, koronavirusa yoluxanların sayı daha da arta bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Deutsche Welle-yə müsahibəsində deyib.

O, hələ may ayında, ABŞ-da məhdudiyyətlərin tədricən qaldırıldığı vaxt yoluxanların sayının artdığına diqqət çəkib. Kriliçə görə, belə meylləri qətiyyən nəzərdən qaçırmaq olmaz və müdafiəni gücləndirmək, insanları testlər və dərmanlarla kifayət qədər təmin etmək lazımdır. 

Həkim eləcə də qeyd edib ki, qripin yayılması fonunda dünyanı infeksiyanın üçüncü dalğası gözləyir.

“Bu, bir növ üç pərdəli pyesə bənzəyir, biz hələ ikinci mərhələdəyik. Sonra üçüncü olacaq”, - Kriliç deyib.

Kriliç bildirir ki, yeni dalğanın başlanğıcı bir neçə amildən asılı olacaq: yəni vaksin tapılacaqmı, yaxud insanlar təhlükəsizlik qaydalarına necə əməl edəcəklər. Bununla yanaşı, amerikalı həkim deyir ki, vaksinin tezliklə yaradılacağı barədə xəbərlər arzuların gerçəklik kimi təqdim olunması cəhdləridir.

Bir müddət öncə Bruklin Mərkəzi Xəstəxanasında işləyən rusiyalı həkim-reanimatoloq Yevgeni Pinelis bildirib ki, Amerika səhiyyəsi koronavirus epidemiyasına hazır deyildi. Onun sözlərinə görə, epidemiyanın pik dövründə həkimlərin xəstəliyi təyin etmək üçün test sistemləri yox idi, onlar yalnız əlamətlərə baxıb diaqnoz qoyurdular.

Bu gün isə Rusiya ilk koronavirus vaksininin sınağının bitdiyini elan edib. Seçenov Universitetində Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı koronavirus əleyhinə peyvəndin sınaqlarında iştirak edən könüllülərin hamısının özünü əla hiss etdikləri, iyulun 15-i və 20-də evə yazılacaqları bildirilib.

 

23
Mövzu:
Dünyanı cənginə almış bəla (404)
Əlaqədar
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı
Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu
Ciyərlərimizdəki "buzlu şüşə": Koronavirusa yoluxmadığımızı necə öyrənə bilərik?
Əlində gitara olan kişi, arxiv şəkli

Məşhur rok ifaçısı vəfat edib

13
Beş albomun müəllifi olan rok musiqiçisi daha çox "Pamela, Pamela", "Come on home", "Goodbye Bluebird", "She needs love" hitləri ilə tanınıb.

 

BAKI, 7 avqust — Sputnik. 60-70-cı illərin məşhur "Game of love" hitinin ifaçısı, britaniyalı rok musiqiçisi Ueyn Fontana vəfat edib.

74 yaşlı sənətçi İngiltərənin Stokport şəhərindəki xəstəxanalardan birində həyatını itirib.

Məşhur ulduzun ölüm səbəbi hələlik məlum deyil.

O, sözügedən kompozisiyanı ilk dəfə 1965-ci ildə "The Mindbenders" qrupu ilə birlikdə ifa edib.

Beş albomun müəllifi olan rok musiqiçisi daha çox "Pamela, Pamela", "Come on home", "Goodbye Bluebird", "She needs love" hitləri ilə tanınıb.

13
Deyzi Koulmen, arxiv şəkli

"Netflix"in ulduzu intihar etdi

21
Ana: "Düşünürəm ki, mənə onsuz yaşaya biləcəyimi göstərmək istədi. Amma mən bacarmıram. Bütün ağrısını götürmək istərdim".

BAKI, 7 avqust — Sputnik. 23 yaşlı məşhur amerikalı aktrisa və model Deyzi Koulmen intihar edib. Bu barədə ulduzun anası Melinda öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, qızı ötən gün axşam həyatına son qoyub. Anası bildirib ki, qızı Deyzi 14 yaşındakı təcavüz sarsıntısından hələ də özünə gələ bilmirmiş. O deyib ki, Deyzi Koulmen və rəfiqəsi məktəbdə ikən seksual zorakılığa məruz qalıblar. Hadisədən sonra sosial şəbəkədə ona qarşı qarayaxmalar, ailəsinə qarşı isə təhdidlər yazılmağa başlayıb. Üstəlik, onları təhqir edənlər cəzadan yayına biliblər. Ulduzun anası əlavə edib ki, "Netflix" ulduzu baş verənlərdən heç vaxt qurtula bilməyib: "O, mənim ən yaxşı dostum və gözəl qızım idi. Düşünürəm ki, mənə onsuz yaşaya biləcəyimi göstərmək istədi. Amma mən bacarmıram. Bütün ağrısını götürmək istərdim".

Qeyd edək ki, Koulmen məktəbdə oxuyarkən rəfiqəsi ilə birgə dostlarını ziyarət etdiyi zaman cinsi istismara məruz qalmışdılar. Təcavüzkar keçmiş ABŞ senatoru Metyu Barnettin nəvəsi olub və baş verən hər şey lentə alınıb. O vaxt Koulmen 14 yaşında idi. Bundan sonra Barnett qızı evinə aparıb və eyvanda buraxıb. Deyzinin anasının dediyinə görə, gecə demək olar ki, havanın temperaturu sıfıra bərabər olub. Səhər qızını eyvanda tapanda onun saçları soyuqdan yerə yapışıb. Eyni zamanda bu işi görən yeniyetmələr cəzadan qaçıblar, ittihamlar aradan götürülüb.

Tükürpədici hadisədən sonra, Deyzi Koulmeni sosial şəbəkələrdə təhqir etməyə başlayıblar və ailəsinə təhdidlər gəlib. Deyzinin anası işdən qovulub və müəmmalı şəraitdə evləri yanıb.

2016-cı ildə sözügedən hadisədən bəhs edən "Odri və Deyzi" adlı sənədli film, ABŞ-ın transmilli şirkəti olan "Netflix"-də yayımlanıb.

Bundan sonra Koulmen "Demokratiya indidir" və "Texas - ölüm tələsi" seriallarında çəkilib. O, həm də model və döymə sənətçisi kimi çalışıb.

21
Qaz kəmərində partlayış, arxiv şəkli

Partlayış baş verən qaz kəməri ilə bağlı SOCAR-dan açıqlama gəldi

0
"Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir".

BAKI, 7 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib:

"Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir. Qaz-İxrac İdarəsinin rəhbərliyi hazırda hadisə yerinə gedib və dəqiqləşdirmə aparılır. Partlayış yaşayış sahəsindən kənarda baş verib. Buna görə xəsarət alan da yoxdur. Boru kəməri bağlanıb və ona qaz verilmir. Boruda qaz qurtaranda yanğın da sönəcək".

İ. Əhmədov deyib ki, partlayışa görə həmin ərazidə qaz təchizatında müvəqqəti fasilə yarana bilər.

0