Koronavirus testi, arxiv şəkli

Koronavirusa dair son məlumatlar: ölənlərin sayı 560 mini ötüb

28
(Yenilənib 11:08 11.07.2020)
SARS-CoV-2-dən ən çox zərər çəkmiş ölkə Amerika Birləşmiş Ştatlarıdır. Orada yoluxmuş şəxslərin sayı 3,1 milyonu keçib

BAKI, 11 iyul — Sputnik. İyulun 11-i səhər saatlarına olan məlumata görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 12,4 milyonu, ölümlərin sayı isə 560 mini ötüb.

Sputnik Azərbaycan xəbər verir, bu barədə məlumatlar Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzi layihəsinin saytında dərc olunub.

Layihənin məlumatına görə, dünyada 12466337 nəfər koronavirusa yoluxub. Gün ərzində yoluxmuş şəxslərin sayının artımı 200,9 mindən çox olub. Pandemiyanın bütün dövrü ərzində 559622 yoluxmuş şəxs vəfat edib, 6,8 milyondan çox insan sağala bilib.

SARS-CoV-2-dən ən çox zərər çəkmiş ölkə ABŞ-dır. Orada yoluxmuş şəxslərin sayı 3,1 milyonu keçib. İkinci yerdə Braziliya (1,8 milyon nəfər) və üçüncü yerdə Hindistan (793,8 min nəfər) qərarlaşıb. Rusiya 713,9 min xəstə ilə Perunu (319,6 min) qabaqlayaraq dördüncü mövqedə qərarlaşıb. Reytinqin onluğuna Çili, Böyük Britaniya, Meksika, İspaniya və İran daxildir.

SARS-CoV-2 koronavirusunun səbəb olduğu COVID-19 pnevmoniyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti pandemiya kimi xarakterizə edib.

28
Mövzu:
Dünyanı cənginə almış bəla (479)
Aygün Kazımova və Filipp Kirkorov, arxiv şəkli

Yenə öz xislətlərini göstərdilər - Ermənilər bu mahnımıza da "hücum" etdilər

10
Xalq artisti Aygün Kazımovanın Rusiyanın Xalq artisti Filipp Kirkorovla "Can Azərbaycan" dueti onların boğazından keçməyib

BAKI, 21 sentyabr — Sputnik. Xalq artisti Aygün Kazımovanın Rusiyanın Xalq artisti Filipp Kirkorovla "Can Azərbaycan" dueti ermənilər tərəfindən tənqid atəşinə tutulub.

Sputnik Azərbaycan xəbər verir ki, ermənilər əvvəlcə mahnını "İnstagram" səhifələrində paylaşaraq tənqid ediblər.

Daha sonra isə onlar Kazımovanın "Youtube" kanalına hücum ediblər. Onlar mahnının şərh yerinə müxtəlif tənqidi şərhlər yazıblar.

Qeyd edək ki, sözügedən mahnı Xalq artisti Aygün Kazımova və rusiyalı müğənni Filipp Kirkorovun duetidir. Mahnı "SS Production" tərəfindən hazırlanıb. Bu layihə ilə tarixdə ilk dəfə əcnəbi müğənni Azərbaycana mahnı həsr edib. Layihənin təşəbbüskarı isə Aygün Kazımova olub. Klip Filipp Kirkorovun ötən ilin 30-31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutan solo konserti zamanı lentə alınıb.

10
Teqlər:
ermənilər, hücum, sosial şəbəkə, Azərbaycan, Filipp Kirkorov, Aygün Kazımova, mahnı
Əlaqədar
Ərəbi erməniyə çevirmək mümkün olmadı - VİDEO
Avropanın ən xarizmatik kişisi: "Pulu düşündüyün an sənət yox olur"
Əməkdar artist efirdə erməni mahnısı oxuyub
Aygün erməni həmkarıyla qucaqlaşıb oxudu, dedilər, Qarabağ "qayıtdı" - VİDEO
Ermənistanın xalq artisti beynəlxalq festivalda Azərbaycan mahnısını oxudu
Minskdə etirazlar, arxiv şəkli

Belarusda vəziyyət pisləşir Aİ-nin Ali komissarı

9
(Yenilənib 14:10 21.09.2020)
Sentyabrın 17-də Avropa Parlamenti Belarusda keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edib.

BAKI, 21 sentyabr — Sputnik. Belarusda vəziyyət pisləşməkdə davam edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell bildirib.

"Belarusda vəziyyət pisləşməkdədir, dinc etirazlara qarşı repressiyalar davam edir. Bu gün biz Belarus xalqını necə dəstəkləyəcəyimizi, həmçinin Lukaşenkonu legitim prezident kimi tanımadığımız vaxtda Belarus hökuməti ilə əlaqələrə yenidən baxmağı müzakirə edəcəyik", - deyə Borell qeyd edib.

Qeyd edək ki, sentyabrın 17-də Avropa Parlamenti Belarusda avqustun 9-da keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edib. Bundan əlavə, Avropa Parlamenti Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti saymır.

Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

 

9
Teqlər:
Aleksandr Lukaşenko, vəziyyət, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı, Avropa ittifaqı, Belarus
Əlaqədar
Avropadan zərbə: Lukaşenkonun prezidentliyi tanınmadı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Tixanovskaya Putinə deyəcəklərini açıqladı
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir
Dərsliklər, arxiv şəkli

Nazirlikdən dərsliklərdə erməni bayrağı iddiasına cavab

0
(Yenilənib 16:15 21.09.2020)
Sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib

BAKI, 21 sentyabr — Sputnik. Təhsil Nazirliyi dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı açıqlama yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib.

Təhsil Nazirliyinin məktəblər üçün nəşr etdirdiyi bütün dərsliklərlə www.trims.edu.az saytının "Qrifli dərsliklər" bölməsində tanış olmaq mümkündür. Təhsil sahəsi və dərsliklər ictimaiyyətin daim maraq dairəsində olduğundan bəzi maraqlı şəxslər vaxtaşırı olaraq belə köhnəlmiş və ya uydurma məlumatları yaymaqla insanlar arasında süni ajiotaj və narazılıq yaratmağa cəhd edirlər. Çünki bir çox insanlar yayılan xəbəri araşdırmadan onu mütləq həqiqət kimi qəbul edirlər. Təhsil Nazirliyi geniş ictimaiyyətdən dərsliklər barədə yayılan xəbərlərin doğruluğunu www.trims.edu.az saytı vasitəsilə yoxlamağı xahiş edir.

İstənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması zamanı mövcud qanunvericiliyə əsasən, nəşr üçün nəzərdə tutulmuş materialların senzurasına yol verilmir. Hər bir hüquqi və ya fiziki şəxs nəşriyyat məhsulunun sifarişçisi ola bilər.

0
Teqlər:
açıqlama, Təhsil Nazirliyi, rəng, bayraq, Ermənistan, Azərbaycan, tarix, dərslik