Kompüter tomoqrafiyası, arxiv şəkli

Çin yeni pnevmoniyaya dair xəbərdarlıq etdi: "COVID-19-dan da ölümcüldür"

1745
(Yenilənib 15:54 10.07.2020)
Çin səfirliyində deyiblər ki, Qazaxıstanda bu xəstəlikdən bu il 1772 nəfər həlak olub. Onlardan bəziləri Çin vətəndaşı olub.

BAKI, 10 iyul — Sputnik. Çinin Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan çinlilərə 1700-dən artıq insanın həyatına son qoymuş naməlum yeni pnevmoniyaya dair xəbərdarlıq edib.

Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, səfirlik yeni naməlum sətəlcəm hallarının iyunun ortalarından etibarən bütün ölkə üzrə əhəmiyyətli dərəcədə artdığını və ölkənin bəzi yerlərində gündə yüzlərlə yeni xəstənin aşkar edildiyini bildirib.

"Qazaxıstanın Səhiyyə Nazirliyi və digər qurumlar müqayisəli tədqiqatlar aparıblar və sətəlcəm virusunun xüsusiyyətini müəyyənləşdirməyiblər", - məlumatda deyilir.

Səfirliyin məlumatına görə, artım Atırau, Aktobe və Şımkent bölgələrində olub. Burada təxminən 500 yeni xəstə və 30-dan çox ağır xəstə qeydə alınıb.

Çin səfirliyində deyiblər ki, xəstəlikdən bu il 1772 nəfər həlak olub. Onlardan bəziləri Çin vətəndaşı olub. Ölümlərin 628-i yalnız iyun ayında olub.

"Bu xəstəlik COVID-19-dan da ölümcüldür", - Çin səfirliyinin bəyanatında bildirilir.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File Photo

Lakin Qazaxıstan hakimiyyəti bu məlumatı təkzib edib. Bu gün verdiyi şərhdə Qazaxıstan Səhiyyə Nazirliyi "qeyri-müəyyən etiologiyası olan virus pnevmoniyaları"nın mövcudluğunu etiraf edib, lakin bunun yeni və ya naməlum olduğunu inkar edib.

"Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi bu məlumatın həqiqətə uyğun olmadığını rəsmən bəyan edir", - məlumatda bildirilir.

Nazirlik əlavə edib ki, "qeyri-müəyyən" pnevmoniya təsnifatı Ümumdünya Səhiyyə Təşkilatının "koronavirus infeksiyasının klinik və ya epidemioloji cəhətdən aşkar edilməsi, lakin laboratoriya tədqiqatları ilə təsdiq edilməməsi halında pnevmoniyanın qeydə alınması" prinsiplərinə uyğundur.

1745
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

"Rusiya bunu çox istəyir" - Tramp

11
(Yenilənib 23:29 12.08.2020)
Avqustun 16-18-də Vyanada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində strateji sabitlik üzrə Rusiya və ABŞ arasında hökumətlərarası məsləhətləşmələr keçiriləcək

BAKI, 12 avqust — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Rusiyanın ABŞ-la "nüvə silahları üzrə pakt" imzalamağı "çox istədiyinə" əmin olduğunu bildirib.

"Biz hazırda Rusiya ilə nüvə silahları üzrə paktın üzərində işləyirik və onlar bunu istəyirlər, çox istəyirlər. Mən hesab etmirəm ki, onlar gözləyəcəklər. Hazırda bu dünyanın ən böyük problemidir və biz Rusiya ilə hazırda işləyirik", - deyə Tramp ABŞ jurnalisti Hyu Hyuittə müsahibəsində bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Rusiya ilə nüvə sazişi imzalamağa şad olardı.

Qeyd edək ki, 16-18 avqust tarixlərində Vyanada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində strateji sabitlik üzrə Rusiya və ABŞ arasında hökumətlərarası məsləhətləşmələr keçiriləcək.

11
Əlaqədar
Dünya müharibəsinin gedişini birdəfəlik dəyişəcək addım - Rusiya bunu da etdi
Rusiya hansı halda nüvə zərbəsi endirə bilər? Baş Qərargah açıqlayıb
Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil
Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər
Təcavüzkarı cəzalandırmaq üçün Rusiyanın zəmanəti: "Skif" raketi
Türkiyədə məktəbli, arxiv şəkli

Türkiyə məktəblərin açılması ilə bağlı qərar verdi

22
(Yenilənib 23:15 12.08.2020)
Bu gün Türkiyə Səhiyyə Nazirliyinin nəzdindəki Elm Komitəsi məktəblərin açılması üçün daha bir ay gözləməyin lazım olduğunu tövsiyə edib

BAKI, 12 avqust — Sputnik. Türkiyədə avqustun 31-dən etibarən dərs ili başlayacaq.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Selcuk məlumat verib.

Bu gün Türkiyə Səhiyyə Nazirliyinin nəzdindəki Elm Komitəsi məktəblərin açılması üçün daha bir ay gözləməyin lazım olduğunu tövsiyə edib. Təhsil naziri isə avqustun 31-dən onlayn təhsilə başlanacağını deyib. Onun sözlərinə görə, sentyabrın 21-dən isə artıq uşaqlar sosial məsafəni gözləmək şərtilə məktəblərə gələ biləcəklər.

22
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Yeni modelə keçidin başlanğıcı: Azərbaycanda pandemiya dövründə təhsil inqilabı
Daşa dirənmiş proses: Xaricdə təhsil alan tələbələrin taleyi necə olacaq?
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Rusiyada oxumaq istəyənlər pandemiyaya rəğmən sərhədi keçə bilərlər