Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 8 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 829 602-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, virusa yoluxmuş 544 163 nəfər vəfat edib, 6 447 656 xəstə isə sağalıb.
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 996 min 098 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 693 215 yoluxma qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 26 fevral - Sputnik. Avropa İttifaqı ölkələrinin liderləri peyvənd olunma haqda elektron sertifikatların tətbiqi barədə razılığa gəliblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Almaniya Kansleri Angela Merkel koronavirus üzrə iclasdan sonra deyib.
O bildirib ki, peyvənd olunmanı təsdiq edən sənəd üçüncü ölkələrdən olan vətəndaşların Aİ-yə gəlməsində əsas sənədlərdən biri ola bilər.
"Texniki məsələləri işləyib hazırlamaq üçün Avropa Komissiyasına təxminən üç ay gərək olacaq", - Merkel əlavə edib.
Kansler izah edib ki, əvvəlcə belə sertifikatları üzv ölkələr işləyib hazırlayacaq, Avrokomissiya isə onları uyğunlaşdıracaq və beləliklə o, ittifaqın bütün ölkələrində istifadəyə yararlı olacaq.
Sammitin yekunlarına dair birgə bəyannamədə Avropa ölkə və hökumətlərinin rəhbərləri qeyd ediblər ki, vaksinlərin təsdiqlənməsi ilıə istehsalının sürətləndirilməsi barədə də razılığa gəliblər.
BAKI, 25 fevral — Sputnik. Türkiyəli müğənni Adil Karaca yeni "Mənim anam" adlı klipini təqdim edib.
Sputnik Azərbaycan xəbər verir ki, ekran işi Rusiya, Türkiyə və Azərbaycanda çəkilib. Klipdə Rusiyanın Xalq artisti Valeriya, türkiyəli müğənni Alişan və yerli məşhurlar Əməkdar artist Ədalət Şükürov, müğənni Zamiq Hüseynov və teleaparıcı Afaq Gəncəli yer alıblar.
Klipin rejissorları Ruslan Ağayev və Murad Aygördür. Adil Karacanın "Mənim anam" adlı mahnısı musiqi platformalarında "Zhara Music" leyblı altında təqdim olunub.
ЧПУ: absh-da-fealiyyet-gosteren-turk-qeyri-hokumet-teshkilatlari-xocali-ile-baqli-mesaj-yaydı
Тайтл: ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatları Xocalı ilə bağlı mesaj yaydı
Подводка: "Beynəlxalq birliklərə erməni qüvvələrinin törətdikləri vəhşilikləri çatdırmalı və bu dəhşətli müharibə cinayətinə görə ədalət tələb etməliyik!"
BAKI, 26 fevral — Sputnik.
ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatları Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mesajı yayıb. Haberler.com məlumat verir ki, Türkiyə-Amerika İdarəetmə Komitəsi (TASC) tərəfindən yayımlanan mesajda Ermənistan ordusu tərəfindən Azərbaycanın Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 mülki şəxsin öldürülməsi pislənib.
Mesajda, "Beynəlxalq birliklərə erməni qüvvələrinin törətdikləri vəhşilikləri çatdırmalı və bu dəhşətli müharibə cinayətinə görə ədalət tələb etməliyik!" – deyə bildirilir.
Türk Amerikan Assosiasiyaları Şurasının (ATAA) yayımladığı mesajda da 1992-ci il, fevralın 26-da Xocalıda erməni silahlı qüvvələri tərəfindən törədilən soyqırım pislənib. Şura ABŞ-ı və beynəlxalq ictimaiyyəti bu cinayətə görə erməni liderlərini məsuliyyətə cəlb etməyə çağırıb.
https://www.haberler.com/abd-de-turk-dernekleri-29-yilinda-hocali-katliami-13953634-haberi/