Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya gəmisi görüntüləndi, Suriyaya yeni tanklar aparır

© Photo : Twitter / Yörük IşıkRusiya HDQ-nin "Saratov" gəmisi
Rusiya HDQ-nin Saratov gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Müşahidəçi, həmçinin qeyd edib ki, "Saratov" gəmisi tanklar da daxil olmaqla zirehli texnikaların daşınmasında ixtisaslaşıb

BAKI, 7 iyul — Sputnik. Göyərtəsində Rusiya tankları olan gəmi Suriya istiqamətində üzən yerdə görülüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu müşahidəçi və fotoqraf Yörük İşık öz "Twitter" səhifəsində yazıb.

Fotoqrafın paylaşdığı fotolarda Bosfor boğazından keçən Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Saratov" gəmisi görüntülənib. İşıkın sözlərinə görə, gəmi Suriyanın Tartus liman-şəhərinə istiqamətlənib. Bu şəhərdə Rusiyanın maddi-texniki bazası yerləşir.

Müşahidəçi, həmçinin qeyd edib ki, "Saratov" gəmisi tanklar da daxil olmaqla zirehli texnikaların daşınmasında ixtisaslaşıb.

Xəbər lenti
0