Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Qadın yüksək səslə musiqiyə qulaq asan doqquz yaşlı uşağı öldürüb

16
(Yenilənib 21:42 06.07.2020)
Hazırda azyaşlını qətlə yetirməkdə şübhəli bilinən rusiyalı qadın həbs edilib. Məhkəmə onu 10 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

BAKI, 6 iyul — Sputnik. Rus qadın yüksək səsli musiqi səbəbindən doqquz yaşlı uşağı öldürüb. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyar İdarəsinin saytında məlumat verilib.

İstintaq müəlliflərinin sözlərinə görə, 10 may 2019-cu il tarixdə 9 yaşlı uşaq 28 yaşlı rus qadının oğlanın dayısı ilə birgə yaşadığı Baqovskaya qəsəbəsi, Boqatır küçəsindəki evinə gəlib. Evdə olarkən məktəbli oğlan yüksək səslə musiqi dinləyib. Qadın qorxub ki, bu səsə onun yatmaqda olan azyaşlı uşağı oyanacaq.

Kuban sakini olan qadın uşaqla mübahisə edib və onu boğub. Sonra qadın cinayətin izlərini itirib.

Hazırda azyaşlını qətlə yetirməkdə şübhəli bilinən rusiyalı qadın həbs edilib. Məhkəmə onu 10 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Oğlan uzun müddət itkin sayılıb. Yüzlərlə insan - könüllülər və hüquq-mühafizə orqanları onun axtarışları ilə məşğul olub.

Rusiyada bu, yüksək səslə musiqiyə qulaq asması səbəbindən adamın öldürüldüyü yeganə hadisə deyil. Belə ki, 2019-cu ilin dekabrında Krasnodar vilayətinin sakini qonşunu və onun oğlunu eyni səbəbdən güllələmişdi. 2018-ci ildə rusiyalı Kirov Tibb Akademiyasının tələbəsi qonşusunu musiqinin səsini almaqdan imtina etdiyi üçün öldürmüşdü.

16
Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan

Dağlıq Qarabağda yaşayan ermənilərin təxliyəsi planı üzərində gedir - Səfir Toqanyan

61
(Yenilənib 17:09 28.09.2020)
Toqanyan: "Ermənistan bölgədə vəziyyətin gərginləşməyə davam etməsi halında, Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir".

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın əks-hücum həmlələri Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi təlaşa səbəb olub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan "Qovorit Moskva" radiosuna müsahibəsində bunu təsdiqləyən fikirlər səsləndirib.

Erməni səfir bildirib ki, İrəvanda Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş gedir.

"Ermənistan bölgədə vəziyyətin gərginləşməyə davam etməsi halında, Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir. Bu cür məsələlər nəzərdən keçirilir. Lakin ümid edirik ki, iş bu yerə gəlib çatmayacaq", - deyə erməni diplomat vurğulayıb.

61
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Peskov: Vladimir Putinlə İlham Əliyevin söhbəti lazım gəldikdə baş tutacaq

33
(Yenilənib 16:12 28.09.2020)
"Lazım gələrsə, əlbəttə ki, keçiriləcək. Amma bir daha təkrar etmək istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonrakı ilk saatlardan nazir Lavrov həm Bakıdakı, həm də Yerevandakı həmkarları ilə daima əlaqə saxlayıb", – Peskov bildirib.

BAKI, 28 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında söhbət lazım gəldikdə baş tutacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla bazar günü telefon danışığı keçirib.

"Lazım gələrsə, əlbəttə ki, keçiriləcək. Amma bir daha təkrar etmək istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonrakı ilk saatlardan nazir Lavrov həm Bakıdakı, həm də Yerevandakı həmkarları ilə daima əlaqə saxlayıb", – Peskov jurnalistlərə açıqlamasında bildirib.

33
Bakı metrosu, arxiv şəkli

Metronun saatları məlum oldu

0
(Yenilənib 18:13 28.09.2020)
Nazirlər Kabinetinin Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar qərarına uyğun olaraq, 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

BAKI, 28 sentyabr — Sputnik. Oktyabrın 3-ü saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr 2 saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar verib.

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda xüsusi karantin rejiminin müddətinin noyabrın 2-dək uzadılması barədə qərar qəbul edib.

0
Əlaqədar
Maskalar, məsafə, təhlükəsizlik: Bakı metrosu yenidən işə düşüb
Bakıda ictimai nəqliyyatın hərəkəti hərbi vəziyyətə uyğunlaşdırılır