Koronavirus can almağa davam edir

© AFP 2023 / JENS SCHLUETERМодель SARS-CoV-2, известная как новый коронавирус
Модель SARS-CoV-2, известная как новый коронавирус  - Sputnik Azərbaycan
Abunə olmaq
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 680 283 yoluxma qeydə alınıb

BAKI, 6 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 449 707-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 534 273 nəfər vəfat edib, 6 179 006 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 888 min 635 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 680 283 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0