Çində epdimioloji vəziyyət

Çində daha bir həyəcan Bubon taunu səbəbindən fövqəladə vəziyyət

249
(Yenilənib 01:06 06.07.2020)
Bayan-Nur şəhərinin xəstəxanasına gətirilən şəxsdə bu xəstəlik təsdiq edildiyindən, Daxili Monqolustan muxtar rayonunda yüksək dərəcəli təhlükə səviyyəsi saxlanılacaq.

BAKI, 5 iyul – Sputnik. Çində bubon taunu səbəbindən üçüncü dərəcəli təhlükə səviyyəsi elan edilib.

Sputnik Azərbaycan RT-yə istinadla xəbər verir ki, Bayan-Nur şəhərinin xəstəxanasına gətirilən şəxsdə bu xəstəlik təsdiq edildiyindən, Daxili Monqolustan muxtar rayonunda yüksək dərəcəli təhlükə səviyyəsi saxlanılacaq.

İyulun əvvəlində Rusiyanın Qərbi Monqolustanla sərhədində bubon taunun yayıldığı qeydə alınmışdı. O zaman 27 yaşlı kişi və yaşı açıqlanmayan qadın xəstəxanaya düşmüşdü. Qadının vəziyyəti ağır olaraq dəyərləndirilirdi. Onunla birbaşa 60, dolayı yolla 400 nəfər təmasda olmuşdu. Hər iki Monqolustan sakininin çiy marmot əti yeməsi səbəbindən xəstələndiyi məlumdur.

Taun bakterial xəstəlikdir və ilk növbədə xırda gəmiriciləri vurur. O, birə vasitəsilə bir heyvandan o birinə keçir. Adətən birə dişləyən insan bubon taunu ilə xəstələnir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vaxtında müalicə edilməsə yaşlı adam 24 saat ərzində ölə bilər.

249
Yada sal məni filminin çəkilişi, arxiv şəkli

Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib

13
(Yenilənib 15:35 22.09.2020)
Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Rejissor Masər Həsənovun "Yada sal məni" filmi İngiltərənin Veksxem (Wexham) şəhərində keçirilən, 3 turdan ibarət olan "First-Time Filmmaker Sessions" film festivalının ilk turunu uğurla keçib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissor bildirir ki, növbəti tur oktyabrın ilk yarısında məlum olacaq:

"Bu film operator Qalib Bağırovla mənim diplom işimiz idi. Film Natiq Rəsulzadənin "Lal" əsərinin motivləri əsasında çəkilib. Həyat yoldaşını itirən baş qəhrəmanımız (Elşən Rüstəmov) özünə qapanıb. Həyatı monoton keçir. Hər şey gecə bir xanımın gəlişi ilə dəyişir".

Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıb.

13
Yerevanda etirazlar, arxiv şəkli

Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək

221
(Yenilənib 14:49 22.09.2020)
Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

BAKI, 22 sentyabr — Sputnik. Ermənistanın üç müxalifət partiyası "Çiçəklənən Ermənistan", "Daşnaksutyun" və "Vətən" partiyaları oktyabrın 8-nə ümumdövlət mitinqi təyin edib. Sputnik Azərbaycan Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasi partiyaların yaydığı birgə bəyanatda bildirilir.

Partiyalar bəyan ediblər ki, "ölkədə yaranmış vəziyyəti qiymətləndirərək və yeni keyfiyyətli milli hökumətin qaçılmaz olmasını hesab edərək" mitinq keçirmək barədə qərar qəbul edilib.

Mitinqin oktyabrın 8-i Yerevanın Azadlıq meydanında keçirilməsi planlaşdırılır.

Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

221
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, arxiv şəkli

Terrorçular Tural Gəncəliyevi təhdid ediblər

0
""Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli Xan Xoyski, Beybud Xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır.

 

BAKI, 22 sentyabr — Sputnik. Vətəndaşlar üçün müraciəti asanlaşdırmaq və anonim müraciət imkanları yaratmaq üçün istifadəyə verdiyimiz https://turalganjaliyev.com səhifəsi üzərindən erməni terrorçuları mənə təhdid göndəriblər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

""Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli Xan Xoyski, Beybud Xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır. Yolumuz Qarabağadır və bizi heç bir qüvvə yolumuzdan çəkindirə bilməyəcək!", - deyə o bildirib.

0