Maksa tamış kişi, arxiv şəkli

İki əsas faktor COVID-19 xəstəliyinə səbəb olur

504
(Yenilənib 23:53 03.07.2020)
Qoruyucu maskalar koronavirus pandemiyası zamanı effektivdir, yoluxma riskini azalda bilər, lakin onları düzgün geyinmək lazımdır.

BAKI, 4 iyul — Sputnik. SARS-CoV-2 koronavirusunun yaratdığı COVID-19 xəstəliyinə səbəb olan iki əsas amil var.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bonn Universitetinin Tibb Fakültəsinin Virusologiya və İİV Tədqiqatlar İnstitutunun direktoru, aparıcı almaniyalı virusoloqlardan biri, professor Hendrik Ştrik (Hendrik Streeck) RİA Novosti-yə müsahibəsində bildirib.

"Tənəffüs virusları və ya infeksiyaya kömək edən koronaviruslar üçün xüsusi olan iki amil var: yaxınlıq və zaman. Əgər yoluxmuş şəxsin yanında çox vaxt keçirsəniz, çox güman ki, yoluxma baş verəcək. Yoluxma təhlükəsi əlavə olaraq qapalı yerlərdə artır, çünki külək və günəşin olmaması virusun damcılarının havada daha yaxşı qalması deməkdir", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, qoruyucu maskalar koronavirus pandemiyası zamanı effektivdir, yoluxma riskini azalda bilər, lakin onları düzgün geyinmək lazımdır. Əgər maska səhv istifadə edilirsə, əgər onu bir neçə həftə yumadan geyinirlərsə, ona daim toxunurlarsa, onda o bakteriyalar və göbələklər üçün münbit mühitə çevrilir ki, bu da yeni ağırlaşmalara səbəb ola bilər.

"Dezinfeksiya isə ikinci dərəcəli rol oynayır, çünki SARS-CoV-2 təmas yox, hava-damcı infeksiyasıdır. Lakin, kimsə əlinin içinə asqırır və ya öskürürsə və sonra qapını açırsa, sizin dəstəyə sonra isə selikli qişalara toxunmanız yoluxmanıza səbəb ola bilər. Lakin bu, virusun ötürülməsinin əsas marşrutu deyil", - ekspert hesab edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 10,3 milyondan çox yoluxma faktı qeydə alınıb, 508 mindən çox insan dünyasını dəyişib. Hal-hazırda SARS-CoV-2 vaksini mövcud deyil. Dünyanın bir çox ölkələri xəstəliyin yayılması ilə əlaqədar təcili tədbirlər tətbiq edib.

504
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

34
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

34
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron
Şarl Mişel, arxiv şəkli

Şarl Mişel İlham Əliyevə zəng vurub: "Narahatıq"

31
(Yenilənib 19:47 30.09.2020)
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

BAKI, 30 sentyabr — Sputnik. Sentyabrın 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi və bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumat verərək qeyd edib ki, sentyabrın 27-də Ermənistan tərəfinin qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 14 mülki şəxsimiz və hərbi qulluqçularımız həlak olublar.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan baş nazirinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və Minsk qrupunun rəhbərliyi də bunu bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi cinayətdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan baş naziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl on minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılması barədə qərar vermişdi. Bu, Ermənistanın növbəti təcavüzə hazırlaşması mənası daşıyırdı.

Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

31