Denqe epdimiyası, arxiv şəkli

COVİD-19 bitməmiş! Asiya daha bir bəla ilə qarşı-qarşıyadır

195
(Yenilənib 23:18 03.07.2020)
Əlamətlərin daha çox görüldüyü xəstələrdə isə, nəfəsalma problemi, orqan çatışmazlığı və qanaxma müşahidə edilə bilər.

BAKI, 3 iyul — Sputnik. Asiyada - Sinqapurda denge qızdırması sürətlə yayılmağa başlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, burada COVID-19 pandemiyası başlayan gündən 44 min koronavirus faktı qeydə alınıb və 26 nəfər ölüb.

Sinqapur Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, il başlayandan 14 min denge qızdırması faktı qeydə alınıb.

Ölkədə 2013-cü ildə 22 min denge qızdırması faktı qeydə alınmışdı.

Mütəxəssislərin fikrincə, denge qızdırması da zika virusu və sarı qızdırma kimi "aedes" ağcaqanadından bulaşır.

Xəstəliyə yoluxanların 25 faizində yüksək hərarət, baş ağrısı, əzələ və oynaq ağrısı müşahidə edilir.

Əlamətlərin daha çox görüldüyü xəstələrdə isə, nəfəsalma problemi, orqan çatışmazlığı və qanaxma müşahidə edilə bilər. Bu il denge qızdırmasından 16 nəfər dünyasını dəyişib.

Məlumata görə, bu həftə 1468 nəfər denge qızdırmasına yaxalanıb. Üç həftədir ki, aşkarlanan fakt sayı 1000-dən yuxarı olur.

195
Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğan, arxiv şəkli

Ərdoğan Boris Consonla Qarabağ münaqişəsini müzakirə etdi: "Ermənistan çəkilməlidir!"

69
(Yenilənib 23:53 28.09.2020)
Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan döyüşlərə toxunan Rəcəb Tayyib Ərdoğan deyib ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir.

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonla danışıb.

Sputnik Türkiyə Türkiyənin Rabitə Nazirliyinin verdiyi xəbərə istinadla bildirir ki, görüşdə Türkiyə-İngiltərə əlaqələri, Şərqi Aralıq dənizindəki proseslər, Ermənistanın Azərbaycana qarşı təxribatları və silahlı hücumu nəticəsində bölgədə yaranan gərginlik müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan döyüşlərə toxunaraq bildirib ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından - Dağlıq Qarabağ və ətraf rayonlardan çəkilməlidir.

69
Teqlər:
Dağlıq Qarabağ, Ermənistan, Böyük Britaniya, Boris Conson, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, prezident Rəcəb Tayyib Ərdoğan, Ərdoğan
Əlaqədar
Ərdoğan Əliyevə zəng etdi: "Türkiyə Azərbaycanın yanındadır"
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb
Ərdoğan: "Türkiyə Azərbaycanın yanındadır. Artıq hesab vaxtı gəldi"
Ərdoğan: "Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındayıq"
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Türkiyənin Baş Prokuroru: Ermənistanın terrorçu hücumlarını lənətləyirəm

42
(Yenilənib 21:10 28.09.2020)
Türkiyə Cumhuriyyətinin Baş Prokuroru Bəkir Şahin: "Din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana istiqamətlənmiş Ermənistanın terrorçu hücumlarını lənətləyirəm"

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Cumhuriyyətinin Baş Prokuroru Bəkir Şahin Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə göndərdiyi mesajda Ermənistanın hücumlarını lənətlədiyini dilə gətirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, B.Şahin K.Əliyevə göndərdiyi mesajda Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə edilən hücumlardan hiddətləndiyini ifadə edib.

"Dünən də, bu gün də, sabah da din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana istiqamətlənmiş Ermənistanın terrorçu hücumlarını lənətləyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Yaralılara şəfa diləyirəm", - deyə B. Şahin K.Əliyevə telefon zəngi zamanı bildirib.

42
Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında

Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır

0
(Yenilənib 00:17 29.09.2020)
Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qondarma Dağlıq Qarabağ ordusunun Martuni üzərində Azərbaycana aid bir An-2 təyyarəsini vurduğunu iddia edib. 

0