Ceff Bezos, arxiv şəkli

Pul pul gətirər: Dünyanın ən varlısı daha da varlanıb

13
(Yenilənib 15:53 02.07.2020)
Yeni rekord "Amazon" səhmlərinin qiymətində artım sayəsində mümkün olub – çərşənbə gününün nəticələrinə görə qiymətlər 4.4 faiz artaraq rekord həddə, 2878.7 dollara çatıb.

BAKI, 2 iyul — Sputnik. Dünyanın ən varlı adamı, "Amazon" şirkətinin rəhbəri Ceff Bezosun sərvəti 171,6 milyard dollara çataraq yeni tarixi rekorduna yüksəlib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) reytinqində məlumat verilir. 

Beləliklə, "Bloomberg" agentliyinin məlumatına görə, 2018-ci il sentyabrın 4-də əldə edilmiş əvvəlki rekord yenilənib – o zaman Bezosun sərvəti 167,7 milyard dollar təşkil edirdi. 

Agentlik qeyd edir ki, yeni rekord "Amazon" səhmlərinin qiymətində artım sayəsində mümkün olub – çərşənbə gününün nəticələrinə görə qiymətlər 4.4 faiz artaraq rekord həddə, 2878.7 dollara çatıb.

İlin birinci yarısında Bezosun sərvəti 56,7 milyard dollar artıb və agentlik yazır ki, bu vəziyyət "ABŞ-da Böyük Böhrandan bəri ən pis iqtisadi böhran dövründə insanların rifahında böyüyən boşluğu vurğulayır".

13
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi

Azərbaycan Türkiyə birgə daha bir uğura imza atdı

0
TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub.

 

BAKI, 20 oktyabr — Sputnik. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edildi. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) TANAP-ı "İlin layihəsi" kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq gördü. Bu barədə SOCAR-dan Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel  idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) tərəfindən "İlin layihəsi" kateqoriyasında mükafata layiq görüldü.

TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub. Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı, layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

 

0
Robert Koçaryan, arxiv şəkli

Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər

79
Ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistanın ikinci prezidenti Rober Koçaryan Azərbaycanın işğal altında olan torpaqlarında qurulan separatçı "rejim"in "sabiq liderləri" Bako Saakyan və Arkadi Qukasyanla görüşüb. Sputnik Ermənistan xəbər verir ki, görüşdə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan da iştirak edib.

Qeyd olunur ki, görüş Saakyan və Qukasyanın təşəbbüsü ilə baş tutub. Görüşün mövzusu Qarabağdakı vəziyyət olub.

Xatırladaq ki, ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

79
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə