Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 30 iyun — Sputnik. Respublikaçı-senator Con Tyun Türkiyədən Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin alınmasını təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu 2021-ci il üçün milli müdafiə üçün illik büdcə ayrılmaları və xərclərinə dair qanununa (başqa adı Milli Müdafiə İcazə Aktını (NDAA)) edilən dəyişikliklər göstərir.
Senatorun təklifində Ankaranın buna dair istəyinin və Moskvanın icazəsi olmadan kompleksləri satmaq hüququnun olub-olmaması göstərilmir.
Öz növbəsində, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Cim Riş "CAATSA" qanununa dəyişiklik edərək (Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanun) Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.
"S-400 Triumf" Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.
Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.
BAKI, 25 yanvar - Sputnik. ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evdən yayılıb. Məlumatda deyilir:
“Prezidentin bu gün imzaladığı sərəncama əsasən, xidmətə yararlı olan hər bir amerikalı ABŞ Silahlı Qüvvələrində xidmət edəcək. Co Bayden inanır ki, cinsiyyət hərbi xidmətə mane olmamalıdır”.
Qeyd edək ki, Ağ Evə gəldikdən qısa müddət sonra keçmiş prezident Donald Tramp transgenderlərin ABŞ ordusunda hər hansı bir vəzifə tutmasının əleyhinə olduğunu bəyan etmişdi.
2019-cu ildə ABŞ Müdafiə Nazirliyi transgenderlərin əksəriyyətinin ABŞ ordusunda xidmətini qadağan edən direktiv imzalayıb.
BAKI, 25 yanvar — Sputnik. Şimal-Qərb Universitetinin, Argonne Milli Laboratoriyasının və Eymes Laboratoriyasının alimləri plastik tullantıların təkrar emalı üçün yeni bir üsul icad ediblər.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun köməyi ilə zibil motor yağları, sürtkü yağları, yuyucu vasitələr və hətta kosmetika istehsalı üçün uyğun bir maye halında olan maddəyə çevrilə bilər.
Məlumdur ki, dünyada hər il 380 milyon ton plastik istehsal olunur. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər bu rəqəm dörd dəfə arta bilər. Məhsulların 75% -dən çoxu birdəfəlik istifadədən sonra atılır və ətrafa, o cümlədən çaylara, dənizlərə və okeanlara daxil olur.
Plastik tullantıları emalının müasir üsulları problemi həll edə bilməz. Birdəfəlik məhsullar əriyib emal edilə bilər. Amma nəticədə aşağı keyfiyyətli material alınır.
Yeni araşdırmanın müəllifləri məsələyə fərqli yanaşıblar.
Elm adamları yüksək temperaturda və təzyiqdə sabit qaldığı, enerji çevrilməsi üçün əla bir material olduğu üçün perovskiti (kalsium titanat) seçiblər.
Müəyyən şərtlərdə katalizator plastikin karbon-karbon bağını parçalayır və maye karbohidrogenlər əldə edilir. Belə bir maye müxtəlif texniki və ya kosmetik məhsulların istehsalı üçün uyğundur.
BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.
View this post on Instagram
Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.
Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.