Sietlda Black Lives Matter yazısı olan plakatla etirazçı

Qaradərili fəalların lideri "ABŞ-ı yandırmaqla" hədələdi

26
(Yenilənib 23:12 25.06.2020)
"Əgər bu ölkə bizim istədiyimiz verməsə, onda biz bu sistemi yandıracağıq və dəyişəcəyik. Aydındır?"

BAKI, 25 iyun — Sputnik. ABŞ rəhbərliyi tələblərinin yerinə yetirməyəcəyi təqdirdə irqi bərabərliyin tərəfdarları "sistemi yandıracaq və onu dəyişəcəklər". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Black Lives Matter" (Qaraların Həyatı Vacibdir) təşkilatının Nyu-York bölməsinin prezidenti Nouk Nyus "Fox News" telekanalının efirində bildirib.

Nouk Nyusdan onun zorakı mübarizə metodlarına haqq qazandırmasına dair fikirlərini şərh etməsi istənilib. O isə cavabında bildirib ki, ABŞ sistemi azadlıq uğrunda mübarizədən başlayaraq zorakılıq üzərində qurulub: "ABŞ başqa ölkələrə müdaxilə edir, rejimləri dəyişir, liderləri öz bəyəndiyi liderlərə dəyişir. Ona görə hər hansı bir amerikalı üçün bizi zorakı olmaqda günahlandırması sadəcə ikiüzlülükdür. Əgər bu ölkə bizim istədiyimiz verməsə, onda biz bu sistemi yandıracağıq və dəyişəcəyik. Aydındır? Mən bu barədə həm hərfi, həm də birbaşa formada danışa bilərəm. Bu artıq interpretasiya məsələsidir".

 

26
Əlaqədar
Milyarderin şirkətinə ittiham - etirazçıları kərpiclə təmin edib
Qaradərilinin qətli dondurmanın adını dəyişdirdi
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Sevinc Səfərova: "Bütün dünya Amerikanın mədəni əsirinə çevrilib"
ABŞ-da qaradərililərə maskasız gəzməyə icazə verildi
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

5
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

5
 İstanbulda epdimioloji vəziyyət

Türkiyədə koronovirusdan sağalanların sayı 190 mini keçdi

4
(Yenilənib 22:08 09.07.2020)
Son 24 saatda 50 103 şübhəli koronavirus testindən keçib, onlardan 1024-nün cavabı pozitiv çıxıb. Bu gün daha 2897 xəstə sağalıb.

BAKI, 9 iyul – Sputnik. Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 50 103 şübhəli koronavirus testindən keçib, onlardan 1024-nün cavabı pozitiv çıxıb. Bu gün daha 2897 xəstə sağalıb.

Türkiyədə indiyədək 209 962 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5300 nəfər ölüb, 190 390 nəfər müalicə olunaraq evə buraxılıb.

4