Koronavirus üzərində qələbənin əsas şərti açıqlandı

© AFP 2023 / RODRIGO BUENDIAСотрудница лаборатории, фото из архива
Сотрудница лаборатории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nottingem və Stokholm Universitetinin alimləri hesab edir ki, məhdudlaşdırıcı tədbirlər olmasa, koronavirusa qarşı kollektiv immunitetin yaranması mümkündür.

BAKI, 25 iyun – Sputnik. Kollektiv immunitet  COVID-19 xəstəliyini keçirmiş və ya peyvənd edilmiş əhalinin 43%-i ilə yarana bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu zaman bəşəriyyətin koronavirusu məğlub etməsi labüddür. "Science" jurnalının yazdığına görə, bu qənaətə Nottingem (Nottingham) və Stokholm Universitetinin riyaziyyat alimləri gəlib.

Медики смотрят рентгеновские снимки в Москве, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Zəifləyib, amma dayanmayıb! Rusiyada koronavirusa yoluxanların sayı 600 mini keçdi

Kollektiv immunitetin səviyyəsi virusa davamlı əhalinin nisbəti ilə müəyyən edilir. Tədqiqatçılar kollektiv immunitetin inkişafını qiymətləndirmək üçün riyazi metoddan istifadə ediblər.

Nottingem Universitetinin professoru Frenk Bollun sözlərinə görə, cəmiyyət nə qədər aktivdirsə, o, infeksiyanın öhdəsindən bir o qədər tez gəlir və kollektiv immunitet yaranır. Məqalədə qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlər olmadıqda lazımi səviyyəni əldə etmək mümkündür.

Bununla yanaşı, Rusiya Səhiyyə Nazirliyinin Baş epidemioloqu, Rusiya Elmlər Akademiyasının akademiki Nikolay Briko hesab edir ki, kollektiv immunitet 60-70 faiz olduğu halda əhalinin virusdan müdafiəsi haqqında danışmaq olar. Bununla yanaşı, mütəxəssis qeyd edib ki, rusların koronavirusa qarşı immuniteti əhalinin 95 faizini əhatə edən peyvəndləmə zamanı yaranacaq.

Xəbər lenti
0