Tramp keçmiş köməkçisini həbsxana və pulla təhdid etdi

© AP Photo / Alex BrandonСоветник президента США по национальной безопасности Джон Болтон, фото из архива
Советник президента США по национальной безопасности Джон Болтон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev rəhbəri başqa bir tvitində iddia edib ki, keçmiş müşavirinin "Hadisənin baş verdiyi otaq" adlı kitabı onun öz fikirlərinə əsaslanır

BAKI, 24 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp sabiq məsləhətçisi Con Boltonun həbsxanada yatmalı və onun pul vəsaitlərinin müsadirə edilməli olduğunu deyib.

Sputnik Azərbaycan xəbər verir ki, Amerika lideri bu barədə öz "Twitter" səhifəsində yazıb.

Trampın fikrincə, bu cür cəza onun keçmiş məsləhətçisi tərəfindən mənfəət əldə etmək üçün məxfi məlumatların yayılmasına görə tətbiq olunmalıdır. Prezident həmçinin Boltonu bağışlamağına təəssüfləndiyini bildirib.

​Ağ Ev rəhbəri başqa bir tvitində iddia edib ki, keçmiş müşavirinin "Hadisənin baş verdiyi otaq" adlı kitabı onun öz fikirlərinə əsaslanır. Tramp həmçinin Boltonu axmaq hesab etdiyini də əlavə edib.

ABŞ Prezidenti milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Con Boltonu 2019-cu ilin sentyabrında Amerika administrasiyasından kənarlaşdırıb. Həmin vaxt Tramp bildirib ki, özü və komandasının bir çox üzvləri siyasətçinin təklifləri ilə razı deyillər.

Xəbər lenti
0