Boltondan yeni iddia: Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları ləğv etmək istəyirdi

© AP Photo / Luis M. AlvarezДжон Болтон, фото из архива
Джон Болтон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Tramp ümumiyyətlə sanksiyalara qarşı çıxırdı... Tramp bu xəbəri eşitdikdən sonra onları ləğv etmək istəyirdi", - Bolton yazır.

BAKI, 24 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp Britaniyanın Solsberi şəhərində baş vermiş insidentlə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etmək istəyib.

Строительство газопровода Северный поток-2, фото из архива - Sputnik Azərbaycan
Tramp ABŞ-ı NATO-dan çıxarmaq istəyib - "Şimal Axını-2"-yə görə

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Con Boltonun çərşənbə axşamı satışa çıxarılmış "Hadisənin baş verdiyi otaq: Ağ Evdən memuarlar" adlı kitabında deyilir.

"Tramp ümumiyyətlə sanksiyalara qarşı çıxırdı. Helsinkidə keçirilən zirvə görüşündən əvvəl Tramp sanksiyaları son olaraq təsdiqlədi, lakin onların elan olunmasını sammitin sonuna qədər təxirə saldı... Helsinki sammiti başa çatdıqdan sonra Dövlət Departamenti sanksiyaları elan etdi, çünki yeni bir qərar tələb olunmurdu. Tramp bu xəbəri eşitdikdən sonra onları ləğv etmək istəyirdi", - Bolton yazır.

"Bir saatdan sonra Tramp bu konkret qərarla bağlı sakit olduğuna qərar verdi, amma hələ də (Rusiya Federasiyasının Prezidenti Vladimir) Putinə qarşı çox sərt olduğumuzu düşünürdü. Tramp (Dövlət katibi Mayk) Pompeodan (Rusiyanın XİN başçısı Sergey) Lavrova zəng etməyi və "hansısa bürokrat"ın sanksiyaları dərc etdiyini deməsini xahiş etdi – bu zəng ola bilər ki, baş tutub, ola da bilər ki, heç baş tutmayıb", - kitabda bildirilir.

Britaniya hökumətinin bəyanatlarına görə, 2018-ci il martın 4-də İngiltərənin Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Yuliya A234 maddəsi ilə zəhərləniblər. Bu, böyük beynəlxalq qalmaqala səbəb olub. London hesab edir ki, Skripalların zəhərlənməsində Rusiyanın əli var. Moskva bunu qəti şəkildə inkar edir.

Xəbər lenti
0