Tramp koronavirusa yeni ad verdi və Çinin xətrinə dəydi

© REUTERS / LEAH MILLISПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu xəstəlik tarixdə ən çox adı olan xəstəlikdir. Mən "kung flu" və daha 19 ad xatırlaya bilərdim. Çoxları bunu sadəcə virus adlandırırlar"

BAKI, 22 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp koronavirus pandemiyasını izah etmək üçün yeni termindən istifadə edib və bununla da yenidən Çinin xətrinə dəyib. Tramp pandemiyadan danışarkən kunq-fu döyüş sənətinə eyham vurub. Bu barədə Sputnik Azərbaycan "The Guardian"a istinadən xəbər verir.

Джон Болтон, фото из архива - Sputnik Azərbaycan
Uyğur məsələsində Trampın fikrini nə dəyişdi? Boltonun kitabı ABŞ-ı silkələyir

Seçkiöncəsi təbliğat zamanı Talsa şəhərində (Oklahoma ştatı) öz tərəfdaşları ilə görüşündə Ağ Ev rəhbəri yeni növ koronavirusu kunq-fu ilə müqayisə edərək onu "kung-flu" (flu – ingiliscə qrip deməkdir) adlandırıb.

"Bu xəstəlik tarixdə ən çox adı olan xəstəlikdir. Mən "kung flu" və daha 19 ad xatırlaya bilərdim. Çoxları bunu sadəcə virus adlandırırlar. Çoxları qrip adlandırırlar. Fərq nədədir? Bizdə koronavirusun təxminən 19-20 müxtəlif adı var".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9 milyonu keçib, 468 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0