Bunu Aslandan heç kim gözləmirdi, TV aparıcının açıq-saçıq fotolarını yaydı

© Photo : Instagram / oxymertsКсения Мерц, фото из архива
Ксения Мерц, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fotolarda 48 yaşlı sabiq aparıcı müxtəlif pozalarda əks olunub. Onun fotoları sosial şəbəkələrdə səs-küyə səbəb olub.

BAKI, 19 iyun — Sputnik. Tanınmış azərbaycanlı fotoqraf, stilist və müğənni Aslan Əhmədov məşhur rusiyalı aparıcı Kseniya Mertsin açıq-saçıq fotolarını dərc edib. Bu barədə Sputnik Azərbaycan xəbər verir.

Əhmədov fotoları "Instagram" sosial şəbəkəsindəki səhifəsində yerləşdirib

Mertsin yeni fotosessiyasının müəllifi və fotoqrafı Aslan Əhmədovun özü olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Aslan Ahmadov (@aslanahmadov)

Fotolarda 48 yaşlı sabiq aparıcı müxtəlif pozalarda əks olunub. Onun fotoları sosial şəbəkələrdə səs-küyə səbəb olub.

Xatırladaq ki, Kseniya Merts Muz-Tv telekanalının sabiq aparıcısıdır, hazırda isə gözəllik salonunun rəhbəridir.

Qeyd edək ki, fotoqraf öz studiyasında bir çox rusiyalı məşhurun fotosunu çəkib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Aslan Ahmadov (@aslanahmadov)

Aslan Əhmədov Bakıda doğulub və böyüyüb, sonra işləmək üçün Moskvaya köçüb. O, geniş publikaya vizajist kimi tanışdır. Məşhur aktrisa Lüdmila Qurçenko uzun illər Aslanın xidmətindən yararlanıb.

O, həm də "Qolos" musiqi layihəsində iştirak edib. Hazırda rusiyalı məşhurlar üçün fotosessiyalar və kliplər çəkir.

Aslan Ukrayna estradasının 45 yaşlı primadonnası İrina Bilık ilə evlidir və ondan Təbriz adlı oğlu var.

Xəbər lenti
0