Paşinyan özünə ritorik sual verib hamını günahlandırdı

© © Alexei Druzhinin/ Sputnik/ Kremlin Pool Photo via APНикол Пашинян, фото из архива
Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda koronavirus aşkarlanan şəxslərin sayı 18 698-ə çatıb. Bu ölkədə sutka ərzində 7 nəfər ölüb. Virusdan ölənlərin sayı 309-a çatıb

BAKI, 18 iyun — Sputnik. Ermənistanda son sutka 665 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb.

Bununla da Ermənistanda koronavirus aşkarlanan şəxslərin sayı 18 698-ə çatıb. Bu ölkədə sutka ərzində 7 nəfər ölüb. Virusdan ölənlərin sayı 309-a çatıb.

"İnsanlar kütləvi şəkildə maska taxmaqdan imtina edirlər. Əziz vətəndaşlarımız başqalarının və özlərinin sağlamlığına laqeyd qalmaqda davam edirlər. Biz nəyi yanlış edirik?" - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,3 milyonu keçib, 448 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0