Ermənistan hakimiyyətinin istefasını tələb edən deputatın həbsi üçün səsvermə keçirdilər

© Sputnik / Aram NersesyanРуководитель фракции Процветающая Армения Гагик Царукян на внеочередном заседании парламента Армении (12 февраля 2019). Еревaн
Руководитель фракции Процветающая Армения Гагик Царукян на внеочередном заседании парламента Армении (12 февраля 2019). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Tsarukyanın adı üç cinayət işində hallanır. Ermənistan parlamentindəki gizli səsvermədə yalnız hakim blokdan olan deputatlar iştirak ediblər

BAKI, 16 iyun — Sputnik. Ermənistan parlamentindəki çoxluq "Çiçəklənən Ermənistan" partiyasının sədri və eyni adlı fraksiyanın lideri Qagik Tsarukyanın təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə razılıq verib və faktiki olaraq onu deputat toxunulmazlığından məhrum edib.

Sputnik Ermənistan xəbər verir ki, çərşənbə axşamı günortadan sonra gizli səsvermə keçirilib.

Səsvermədə yalnız "Mənim Addımım" hökumətyönümlü blokun üzvləri iştirak ediblər. Belə ki, iki müxalif fraksiya səsvermədə iştirak etməkdən imtina edib və baş verənləri "məzhəkə" adlandırıb. Tsarukyanın partiyasını (parlamentdə 25 mandat) "Maariflənmiş Ermənistan" partiyası da (18 mandat) dəstəkləyib.

Beləliklə, Tsarukyanın toxunulmazlığının ləğv olunmasına 87 deputat səs verib.

Протесты в Армении - Sputnik Azərbaycan
Ermənistanda yenə ara qarışdı: polis müxalifət liderinin tərəfdarlarını həbs edir - VİDEO

Tsarukyanın özü isə həmin vaxt Milli Təhlükəsizlik Xidmətində dindirilib.

Bu arada Ermənistanın Baş prokuroru Artur Davtyan artıq parlamentə "Çiçəklənən Ermənistan" fraksiyasının rəhbəri Qagik Tsarukyanın həbsinə icazə verilməsi barədə vəsatət təqdim edib.

Qagik Tsarukyanın adı üç cinayət işində hallanır. Birincisi, Tsarukyanın qumar biznesi sahəsindəki şirkətlərinin qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsi 60 milyon dollara yaxın vəsait almayıb. İkinci cinayət işi "Çiçəklənən Ermənistan" partiyasının 2017-ci il parlament seçkiləri zamanı ehtimal olunan rüşvət vermə halları ilə bağlıdır. Söhbət yüz milyonlarla dramdan gedir. Daha bir cinayət işinə görə partiyanın sədrinə bağlı şirkət qanunsuz olaraq torpaq sahələrini mənimsəyib. Dövlətə 342 milyon dram (təxminən 685 min dollar) ziyan dəyib.

Tsarukyan özü hakimiyyətin hərəkətlərini siyasi təqib kimi qiymətləndirir.

Qeyd edək ki, iyunun 5-də partiyanın siyasi şurasında Tsarukyan təklif edib ki, hökumət 100%-lik tərkiblə dəyişdirilməlidir. Onun sözlərinə görə, hökumətdə təcrübəli adam yoxdur.

Liberal yönlü “Çiçəklənən Ermənistan” partiyasını Tsarukyan 2004-cü ildə yaradıb. Ölkənin hazırkı parlamentində bu partiya 132 mandatdan 25-nə sahibdir.

Xəbər lenti
0