Türkiyədə güclü zəlzələ: evlər uçdu, yaralılar var VİDEO

807
Fövqəladə Hallar Nazirliyi (AFAD) isə bundan sonra Bingöldə saat 17:34-də 4.6 və 18.09-da 4.7 ballıq daha iki zəlzələnin olduğunu bildirib

BAKI, 14 iyun — Sputnik. Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda 5.7 maqnitudalı zəlzələ olub.

Sputnik Türkiyə-nin məlumatına görə, fəlakət zamanı 10 ev uçub. Dağıntılar arasından 4 nəfər çıxarılıb, 3 mühafizə işçisi isə yaralanıb.

Kandilli rəsədxanası yerli vaxtla 17:24-də Bingöl vilayətinin Karlıova rayonunda 5.9 bal gücündə zəlzələ olduğu məlumatını yayıb. Zəlzələ yerin 5 km dərinliyində olub.

​Bundan sonra rəsədxana rəqəmlərə dəyişiklik edərək maqnitudanı 5.8 bal göstərib.

Fövqəladə Hallar Nazirliyi (AFAD) isə bundan sonra Bingöldə saat 17:34-də 4.6 və 18.09-da 4.7 ballıq daha iki zəlzələnin olduğunu bildirib. İlk zəlzələ yerin 8, ikinci – 7.32, üçüncü isə 9.28 km dərinliyində meydana gəlib.

​Zəlzələ Diyarbakır, Ərzurum, Muş və Elazığda hiss edilib.

Bingöl valisi Kadir Ekinci Karlıovanın Kaynarpınar kəndində polisə aid iki gözətçi məntəqəsinin çökdüyünü, 3 əməkdaşın yaralandığını bildirib.

​Onun sözlərinə görə, Yeddisu rayonunun Almalı və Dinarbey kəndlərində 10 ev çöküb, ölən yoxdur.

​Ərzurum valisi Okay Memiş zəlzələ ilə əlaqədar xilasetmə qüvvələrinin Karlıova ilə sərhəd bölgəyə yönləndirildiyini deyib.

 

807
ABŞ-da epidemioloji vəziyyət

Bir gündə 50 mindən çox şəxs koronavirusa yoluxdu

0
(Yenilənib 17:25 22.09.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 22 sentyabr — Sputnik. ABŞ-da bir gündə koronavirusa yoluxanların sayı 57070 nəfər artıb. Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir ki, bu ölkədə COVID-19-a yoluxanların sayı 6,8 milyonu keçib.

Mütəxəssislərin fikrincə, ABŞ-da pandemiyanın başlamasından bəri 6 858 130 şəxs bu infeksiyaya yoluxub. Ümumilikdə 199886 pasiyent bu virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,3 milyonu keçib, 93 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

0
Teqlər:
Uhan, ölüm, yoluxma, dünya, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Azərbaycanda son sutkada 98 nəfər COVID-19-a yoluxub
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Azərbaycanda vaksin müzakirələri: Koronavirusla gələcək mübarizəyə necə hazırlaşırıq?!
Dil çaşar, sözün düzünü deyər? Bayden 200 milyon amerikalının öləcəyini bildirib
Dərsliklər, arxiv şəkli

Azərbaycandan Gürcüstana dərslik göndərildi

2
(Yenilənib 17:15 22.09.2020)
Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21613 ədəd dərslik və metodik vəsait göndərilib

BAKI, 22 sentyabr — Sputnik. Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21613 ədəd dərslik və metodik vəsait göndərilib. Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən daxil olan məlumatda bildirilir ki, sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib. Qeyd olunur ki, son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94762 ədəd dərslik və metodik vəsait göndərilib.

2
Teqlər:
məktəb, Gürcüstan, Azərbaycan, dərslik
Əlaqədar
Dərsliklərlə bağlı daha bir problem - əvvəl mətnləri ürküdürdü, indi...
Nazirlikdən dərsliklərdə erməni bayrağı iddiasına cavab
Qardabanidə azərbaycanlıların məktəbində güclü yanğın olub – VİDEO