Gürcüstanda epdimioloji vəziyyət

Bəlkə, hamı Gürcüstandan öyrənsin?

30
(Yenilənib 13:10 14.06.2020)
Gürcüstanda sutka ərzində koronavirusa yoluxma faktı aşkarlanmayıb. Ermənistanda isə fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb

BAKI, 14 iyun — Sputnik. Gürcüstanda COVID-19 xəstələrinin sayı 851-dir, sağalanların sayında 1 nəfər artım var.

Bu barədə Sputnik Gürcüstan StopCov saytına istinadən xəbər yayıb.

Beləliklə, məlum olub ki, sutka ərzində ölkədə koronavirusa yeni yoluxma faktı aşkarlanmayıb. Hazırda Gürcüstanda 2795 nəfər karantində, 252 nəfər isə stasionarda həkim nəzarətindədir.

Ümumilikdə 703 xəstə sağalıb, 14 nəfər ölüb. Üç Gürcüstan vətəndaşı xaricdən gətirilərək müalicə olunur.

Ermənistanda isə koronavirusun yayılması ilə bağlı vəziyyət ağır olaraq qalır. Ölkədə hər yanda maska taxılması qərarı sərtləşdirilib, FV iyulun 13-dək uzadılıb.

Sputnik Ermənistan-ın xəbərinə görə, sutka ərzində orada daha 663 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. Beləliklə, yoluxanların sayı 16 667-yə çatıb. Ötən gün ərzində 5 nəfər, ümumilikdə 269 nəfər COVID-19-dan ölüb.

Ermənistanda 6214 nəfər COVID-19-dan sağalıb, 10093 nəfər müalicə alır.

 

30
Mövzu:
Dünyanı cənginə almış bəla (482)
Əlaqədar
Bütöv klinikanı əvəz edəcək: Türkiyədə ağıllı maska yaradıldı
Mənbə tapılmır: Gürcüstanda koronavirusa yoluxanların yoluxma mənbəyi məlum deyil
Koronavirus “yarışı”: 12 min adamla dördüncü yerə çıxdılar
Yas yeri elədir ki, burada cərimələr tətbiq etmək olmaz – Musa Quliyev
Ağciyərlər koronavirusdan sonra necə bərpa olunur?
SpaceX şirkətinin  Falcon 9 raketinin buraxılışı, arxiv şəkli

Dünya buna görə ABŞ-a paxıllıq edir

5
(Yenilənib 15:09 26.09.2020)
Tompsonun sözlərinə görə, kosmik buraxılış bazarında ABŞ-ın müvəffəqiyyəti "SpaceX" şirkətinin yenilikləri ilə bağlıdır.

BAKI, 26 sentyabr — Sputnik. ABŞ-ın Hərbi Hava Qüvvələrinin (HHQ) Kosmik və Raket Sistemləri Mərkəzinin komandanı general-leytenant Con Tompson bütün dünyanın ABŞ-a nəyə görə paxıllıq etdiyini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, hərbçinin bəyanatını "C4ISRNET" nəşri yayıb.

"Birləşmiş Ştatların kosmik buraxılış sənayesi bütün dünyanın paxıllıq mənbəyidir", - Tompson bildirib.

Onun sözlərinə görə, kosmik buraxılış bazarında ABŞ-ın müvəffəqiyyəti "SpaceX" şirkətinin yenilikləri ilə bağlıdır.

Nəşrin yazdığına görə, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri "Global Positioning System" (GPS) qlobal naviqasiya sisteminin beşinci və altıncı peyklərinin buraxılması üçün məhz bu şirkəti seçib.

Sentyabrda ABŞ HHQ-nın satınalmalar üzrə direktoru Uill Roper bildirib ki, "Advanced Battle Management System" (ABMS) sisteminin hərbi təlimlərdə sınaqdan keçirilməsi zamanı "SpaceX" şirkətinin "Starlink" peyklərinin işi hərbçilərin xoşuna gəlib.

5
Çəkiliş, arxiv şəkli

Türkiyədə canlı yayımda qalmaqal: Evli qadından biabırçı etiraf

11
(Yenilənib 15:12 26.09.2020)
Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə uşağının qonşusundan olduğunu bilən qadın sevincini gizlətməyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Esra Erolun proqramına qatılan Frat Karakuş yoxa çıxan qızı və həyat yoldaşıı axtardığını deyib. Fırat həyat yoldaşının qonşusu ondan 28 yaş böyük olan Çingizlə qaçdığını düşünürdü. Esra Erol Esra Karakuşu tapıb, canlı yayında hər şeyi etiraf etdirmişdi.

Ötən gün isə özündən 28 yaş böyük qonşu ilə sevgi yaşayan qadın canlı yayında DNK testinin nəticəsini öyrənən zaman sevincini gizlətməyib.

Uşağın ondan olmadığını öyrənən Fırat Karakuş həyatının şokunu yaşadığı zaman gənc qadın sevincindən Allaha dua edib.

Esra Karakuş qonşusu ilə iki il gizli sevgi macərası yaşayıb. Daha sonra qadın bir qız uşağı dünyaya gətirib. Həyat yoldaşı Fırat Karakuşa da uşağın ondan olmadığını deyib. F. Karakuş isə əmin olmaq üçün DNK analizi tələb edib.

Qonşuya gəldikdə isə, onun bir neçə qadınla münasibəti olsa da, heç bir zaman övladı olmayıb.

Qeyd edək ki, qadın 15 gün əvvəl 6 yaşlı oğlunu qonşuya tapşırıb, həkimə getdiyini dedikdən sonra itmişdi.

Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

11

Kubu on beş manata - pulun var, al, yoxdur, soyuqda qal

2
(Yenilənib 22:18 26.09.2020)
Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir. Artıq Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının hərbi hissələri odun yanacağı ilə tam təmin olunub. Təhsil, səhiyyə müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin isə odun yanacağı ilə təminatı davam edir.

Təsərrüfat sahibləri zoğal ağaclarını niyə kəsirlər? – video
© Sputnik / İlham Mustafa / Leyla Orucova

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov danışıb.

O qeyd edib ki, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Bərdə və Ağcabədi Regional meşə təsərrüfatı mərkəzlərində bugünədək 35 000 m3 həcmində oduncaq tədarük olunub və dəyəri ödənilməklə aidiyyəti üzrə verilib.

Xıdırov vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etməyi tövsiyə edib.

Xidmət rəisi əlavə edib ki, hazırda odun üçün meşə qırımı ilə bağlı problemli regionlar var: "Bunlardan Oğuz, Qəbələ, İsmayıllı rayonlarında odun üçün meşələrdən qırıntı aparmaq istəyənlər olub. Lerik rayonun yaşayış məntəqəsinin meşənin içində olması, qazlaşmanın zəif olması meşələrin qır;lmasına səbəb olur. Qazlaşmanın aparılması bizə də mühafizə işlərində kömək edər".

Onun sözlərinə görə, 2017-ci ildə qanunsuz qırım 55-56 min m3, 2018-ci ildə 28 min m3, 2019 cu ildə 18 min m3-dən yuxarı olub, hazırda isə 6 min m3-dir.

"Bir ağac da kəsilsə biz onu gizlətməyə meylli deyilik. Biz onu aşkarlamaqda maraqlıyıq. Ağac kəsiminə görə cərimələr 1000 manatl keçdikdən sonra işi açılır və məsələ ilə bağlı hüquq mühafizə orqabnlarına müraciət edilir" – deyən rəis vurğulayıb ki, bəzi kəndlər var ki, orada qaz olmadığına görə odundan yanacaq kimi istifadə edilir.

N. Xıdırovun bildirdiyinə görə, vətəndaşları odunla təmin etmək üçün zədələnmiş, xəstə, davamlılığı və texniki oduncaq keyfiyyətini itirmiş, yaşı ötmüş və aşmış ağaclar götürülür: "Həmin ağaclar əvvəlcədən Regional Meşə Təsərrüfatları mərkəzləri tərəfindən qeydiyyata alınır və nömrələnərək, xidmətə göndərilir. Daha sonra ağaclara Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən baxış keçirilir. Bundan sonra ağaclara rəy verilir və ağaclar tədarük edilərək oduncaq kimi verilir. Oduncağın kubu 15 manata satılır. Vətəndaş banka yaxınlaşır, 1 kub üçün 15 manat ödəyir və ona meşə buraxılış orderi ilə meşəyə buraxılaraq, odun alır".

Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.

N. Xıdırov ağacların məhv edilməsi ilə bağlı cərimələrin yetərli olmaması məsələsinə də toxunub: "Bununla bağlı müraciət edilib və təhlillər aparılır. Təsdiq edilməsi gözlənilir".

Onun sözlərinə görə, 2020-ci ildə 221 iş hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib, 262838 manat cərimə hesablanıb və ödənilməsi üçün addımlar atılıb. Meşə qırımları çox zaman meşəətrafı kəndlərdə baş verir.

2