Koronavirus “yarışı”: 12 min adamla dördüncü yerə çıxdılar

© AP Photo / Manish SwarupЗахоронение человека скончавшийся от COVİD-19, фото из архива
Захоронение человека скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cons Hopkins Universitetinin məlumatına əsasən, xəstələrin sayına görə Hindistan Böyük Britaniya, İtaliya və İspaniyanı geridə qoyaraq dördüncü pilləyə yüksəlib

BAKI, 14 iyun — Sputnik. Hindistanda bir sutka ərzində 11989 nəfərdə koronavirusa yoluxma təsbit olunaraq xəstələrin ümumi sayı 320922-yə çatıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Xoşbəxtliyi Nazirliyi məlumat yayıb. 

Голубь, фото из архива - Sputnik Azərbaycan
"Günahsız bir quş". Hindistan Pakistanın "casus" göyərçinini azad edib

Cons Hopkins Universitetinin məlumatına əsasən, xəstələrin sayına görə Hindistan Böyük Britaniya, İtaliya və İspaniyanı geridə qoyaraq dördüncü pilləyə yüksəlib.

Nazirlik bildirib ki, 149348 nəfər müalicədədir, sutka ərzində 9027, ümumilikdə 162378 adam sağalaraq evə buraxılıb. Bir sutkada 301, ümumilikdə isə 9195 nəfər COVID-19-dan dünyasını dəyişib.

Ən çox xəstə sayı Maharaştradadır, yoluxanların üçdə biri bu ştatda yaşayır – 104568 nəfər (sutkada 3427), Tamilnad 42687 nəfərlə (sutkada 1989) ikinci, Dehli dairəsi 38958 nəfərlə (sutkada 2134) üçüncüdür.

İyunun 8-də Hindistan yoluxanların sayının az olduğu bölgələrdə karantinin yumşaldılmasına qərar verib: məbədlər, otellər, restoranlar və ticarət mərkəzləri açılıb. Koronavirusun çox yayıldığı bölgələrdə isə karantin iyunun 30-dək uzadılıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. Qurumun son məlumatına görə, dünyada artıq 7.5 milyon insan koronavirusa yoluxub, 423 min nəfər koronavirusun səbəb olduğu COVID-19 xəstəliyindən ölüb.

Xəbər lenti
0