Ankarada epdimioloji vəziyyət

Bütöv klinikanı əvəz edəcək: Türkiyədə ağıllı maska yaradıldı

45
(Yenilənib 21:53 13.06.2020)
Maskanın üzərində olan ekran qarşıdakı şəxsdə koronavirus əlamətləri varsa, qırmızı rəngə boyanır və bu barədə mobil tətbiq vasitəsilə şəxsə və aidiyyatı qurumlara məlumat ötürür.

BAKI, 13 iyun — Sputnik. Türkiyədə, hərarət, tənəffüs və öskürək sayını ölçən ağıllı maska yaradılıb.

Sputnik Türkiyə xəbər verir ki, ağıllı maska hər 8 saatlıq istifadə müddətindən sonra ultrabənövşəyi şüalarla özünü 15 dəqiqə müddətində dezinfeksiya edə bilir.

Maskanın istifadəsi təkcə özünə deyil, ətrafdakılara da yardım edə biləcək. Belə ki, maskanın üzərində olan ekran qarşıdakı şəxsdə koronavirus əlamətləri varsa, qırmızı rəngə boyanır və bu barədə mobil tətbiq vasitəsilə şəxsə və aidiyyatı qurumlara məlumat ötürür.

Maskanın digər xüsusiyyəti isə hərarəti, öskürək sayı və tənəffüsü hər an ölçüb, müqayisə edə bilməsidir. Əgər məlumatlarda hansısa bir dəyişiklik yoxdursa, bunu burun qismində olan yaşıl işıqla biruzə edir. Əks təqdirdə işıq qırmızıya boyanır.

Maskanın satış qiyməti 499 lirədir (125 manat).

45

Çin Azərbaycan Ermənistanı siyasi dialoqa çağırdı

18
(Yenilənib 12:41 28.09.2020)
"Çin regional sülhün və sabitliyin təmin edilməsinin Ermənistan və Azərbaycan da daxil olmaqla bütün tərəflərin maraqlarına cavab verdiyini qəbul edir."

BAKI, 28 sentyabr — Sputnik. Çin ümid edir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı son gərginlik fonunda sakitlik və təmkin nümayiş etdirəcək və fikir ayrılıqlarını siyasi yolla həll edə biləcəklər.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bazar ertəsi brifinqdə deyib.

"Çin regional sülhün və sabitliyin təmin edilməsinin Ermənistan və Azərbaycan da daxil olmaqla bütün tərəflərin maraqlarına cavab verdiyini qəbul edir. Ümid edirik ki, müvafiq tərəflər sakitlik və təmkin nümayiş etdirəcək, vəziyyətin daha da gərginləşməsindən qaçacaq və mövcud ziddiyyətləri və fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklər", - diplomat bildirib.

18
Чрезвычайный и полномочный посол Армении в России Вардан Тоганян

Ermənistan səfiri ATƏT-ə yalvarır: "Müdaxilə edin"

102
"Təcili (görüşə) çağırış məsələsi Minsk Qrupunun müstəsna hüququdur... Lakin vəziyyət aydındır və o, həmsədrlərin sürətli müdaxiləsini tələb edir", – Ermənistan səfiri bildirib.

BAKI, 28 sentyabr — Sputnik. Dağlıq Qarabağ ətrafındakı vəziyyət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən sürətli müdaxiləni tələb edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.

"Təcili (görüşə) çağırış məsələsi Minsk Qrupunun müstəsna hüququdur... Lakin vəziyyət aydındır və o, həmsədrlərin sürətli müdaxiləsini tələb edir", – səfir bildirib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri qarşı tərəfin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

102
(1:30 / 9.05Mb / просмотров видео: 69)

Naftalanda bütün ailənin tələf olduğu evdən dəhşətli kadrlar 18+

107
(Yenilənib 14:48 28.09.2020)
Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.

Dünən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar. Sputnik Azərbaycan-ın bölgə müxbiri bütün ailə üzvlərinin tələf olduğu evdən dəhşətli kadrları lentə almağa müvəffəq olub.

Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

107