Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Bioloq koronavirusun gizli əlamətlərindən danışdı Təhlükə var

51
(Yenilənib 20:55 13.06.2020)
"Əgər sizin COVID-19 testiniz müsbət olubsa, lakin simptomları hiss etmirsinizsə, tomoqrafiyaya getmək və ağciyərlərdə nə olduğunu görmək lazımdır", - bioloq tövsiyə edib.

BAKI, 13 iyun — Sputnik. Tez-tez asimptomatik adlandırılan koronavirus daşıyıcıları ağciyərlərinin həcminin azalmasını və böyrək funksiyasının pisləşməsini hiss etməyə bilərlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə ABŞ-ın Corc Meyson Universitetinin professoru, biologiya elmləri doktoru Ança Baranova bildirib.

"Əsasən gənclərdə xəstəlik asimptomatik olur və həkimlər onlara diqqət yetirmir. Onlar başqa bir səbəblə həkimə gedə bilərlər. Məsələn, mədəaltı vəzini yoxlatmaq lazım olub və kompüter tomoqrafiyası edilib, ancaq ağciyərlərin zədəli olduğu ortaya çıxıb. Bütün bunlar tomoqrafiya olmadan da, ağciyər ölçüsünə stereometriya ilə nəzarət etməklə təyin edilə bilər. Əgər ağciyərlər kiçilməyə başlayıbsa, bəlkə də söhbət koronavirusdan gedir", - Baranova bildirib.

"Əgər sizin COVID-19 testiniz müsbət olubsa, lakin simptomları hiss etmirsinizsə, tomoqrafiyaya getmək və ağciyərlərdə nə olduğunu görmək lazımdır", - bioloq tövsiyə edib.

51
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanın Səhiyyə Nazirliyi qorxunc statistikanı açıqladı: Koronavirus "bum"u yaşanır

146
(Yenilənib 12:15 25.09.2020)
Ermənistanın Səhiyyə Nazirliyi qorxunc statistikanı açıqladı: Son sutka ərzində 392 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

BAKI, 25 sentyabr — Sputnik. Ermənistanda son sutka ərzində 392 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 48643 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 2 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 947 nəfərə çatıb.

146
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Ermənistan
Əlaqədar
Ermənistanda koronavirusa yoluxanların sayı psixoloji həddi keçdi
Ermənistanda koronavirusa yoluxanların sayı 44 minə yaxınlaşır
Ermənistanda koronavirusa yoluxanların sayı 45 minə yaxınlaşır
Ermənistanda koronavirusdan ölənlərin sayı 900-ə çatıb
Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı
İran Prezidenti Həsən Ruhani və Ermənistanın baş naziri Nikol Paşinyan

İran Ermənistandan üz döndərir? Ruhaninin məktubu Yerevanı-bir-birinə vurub

250
(Yenilənib 12:06 25.09.2020)
İran diplomatiyası çox tez-tez öz mövqeyini və yanaşmasını birbaşa yox, dolayı yolla – məsələn məktublar vasitəsilə edir.

BAKI, 25 sentyabr — Sputnik. "İran diplomatiyası heç vaxt heç nəyi təsadüfən və elə belə etmir. Ona görə də ölkəmiz, İran Prezidenti Həsən Ruhani tərəfindən Baş Nazir Nikol Paşinyana Ermənistanın müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubundan nəticələr çıxarmalıdır".

Sputnik Ermənistan xəbər verir ki, bunu şərqşünas, Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan bildirib.

Qeyd edək ki, Ruhani Paşinyana göndərdiyi təbrik teleqramında ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edib. Maraqlı fakt budur ki, İran tərəfinin təbrik mesajı Ermənistanın müstəqillik günü yox, ondan düz 3 gün sonra Yerevana çatıb.

Sputnik Ermənistan məlumatı dəqiqləşdirmək üçün Paşinyanın mətbuat xidməti ilə əlaqə saxlayıb. Oradan bildirilib ki, doğurdan da İran tərəfinin məktubu sentyabrın 24-ü gəlib, lakin bunda heç bir mətnaltı məna axtarmaq lazım deyil.

Lakin erməni şərqşünas Voskanyan bu fikirdə deyil. Sputnik Ermənistan-a açıqlamasında o qeyd edib ki, İran diplomatiyası çox tez-tez öz mövqeyini və yanaşmasını birbaşa yox, dolayı yolla – məsələn məktublar vasitəsilə edir.

Voskanyan deyib:

"Bu diplomatiyaya, xüsusi ilə İran diplomatiyasına xas xüsusiyyətdir. Bu iki ölkənin münasibətlərində ortaya çıxan mümkün problemlər və maneələrin göstəricisidir".

Ekspert bunu Ermənistanın İsraillə əlaqələri dərinləşdirmək cəhdləri, xüsusi ilə Təl-Əvivdə bu ölkənin səfirliyinin açması ilə bağlı olduğunu qeyd edib. Voskanyan bunun İran tərəfinin narahatlığı ilə də izah oluna biləcəyini deyib.

Vardan Voskanyan qeyd edib ki, dostluq əlaqələri həm Tehran, həm də Yerevan üçün önəmlidir.

250
Məktəbəhazırlıq qrupu, arxiv şəkli

Məktəbəhazırlıq üçün elektron qeydiyyatdan keçən uşaların sayı açıqlandı

0
(Yenilənib 13:16 25.09.2020)
Məktəbəhazırlıq qruplarına cəlb olunacaq uşaqların sayı açıqlandı: 279 ümumi təhsil müəssisəsinin 1047 məktəbəhazırlıq qrupuna 27136 uşaq cəlb olunacaq.

BAKI, 25 sentyabr — Sputnik. 2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 279 ümumi təhsil müəssisəsinin 1047 məktəbəhazırlıq qrupuna 27136 uşaq cəlb olunacaq. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 24-də başa çatıb.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar. Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

0
Əlaqədar
Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçə bilməyənlərin nəzərinə
Məktəbəhazırlıq qrupları dərsə belə gedəcək
Məktəbəhazırlıq qruplarına 17869 uşaq qeydiyyatdan keçib
Məktəbəhazırlıq qruplarına qeydiyyat başa çatır
Məktəbəhazırlıq qruplarında şagird sayı müəyyənləşdi