Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sərxoş sürücü "Kokain" ləqəbli ilanın köməyi ilə yol polisindən qurtulmağa çalışdı - VİDEO

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidGürzə. Arxiv şəkli
Gürzə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yol polisi müfəttişləri ağac budaqlarının köməyi ilə kişini tərksilah ediblər. İlanı isə heyvan müdafiəçiləri götürüblər.

 

BAKI, 13 iyun — Sputnik. Rusiyanın Yekaterinburq şəhərinin Uralmaş rayonunda yol polisi müfəttişləri sərxoş sürücünü saxlayarkən maraqlı hal ilə üzləşiblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında yol polisinin diqqətini şübhəli avtomobil çəkib. Qısa təqibdən sonra 57 yaşlı sürücünü Kirovoqrad 61 ünvanındakı evinin yaxınlığında saxlamaq mümkün olub.

Salonda sürücü tək yox, "Kokain" ləqəbli boa ilanı ilə olub. Müfəttişlər kişidən avtomobildən çıxmağını istəyiblər, lakin o, salondan çıxmayıb və ilanla yol polisi işçilərini qorxutmağa çalışıb.

Polis ilanın onlara hücum etməməsi üçün ağac budaqları ilə silahlanıb və sürücünü avtomobildən çıxarıb. 15 saylı polis şöbəsinin növbətçi hissəsində məlum olub ki, sürücü əvvəllər mühakimə olunub. O, tibbi müayinədən imtina edib, buna görə də Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 12.26 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Zəhərli olmayan ilan isə heyvan müdafiəçiləri tərəfindən götürülüb.

Xəbər lenti
0