Avropa ölkəsi evləri bir avrodan satmağa başladı

© AFP 2023 / GIANLUCA CHININEAКалабрия
Калабрия - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus pandemiyasının nəticələrindən güclü zərər görən və gənc əhalinin böyük şəhərlərə axını problem ilə üzləşən İtaliya əyalətində bölgəyə yeni sakinlər cəlb etmək üçün maraqlı proqram işə düşüb.

BAKI, 12 iyun – Sputnik. Koronavirusdan güclü zərər çəkmiş İtaliyada evləri bir avrodan satmağa başlayıblar. İtaliya hökumətinin fikrincə, bu proqram koronavirus pandemiyasından əziyyət çəkən regionlara işçi qüvvəsinin cəlb olunmasına kömək edəcək.

İtaliyanın Kalabriya regionundakı Çinkuefrondi kommunasının yerli hakimiyyəti bələdiyyədə bir avroya güzəştli mənzil alınması üçün "Gözəllik əməliyyatı" adlı proqramı həyata keçirməyə başlayıb.

CNN telekanalının məlumatına görə, region və xüsusilə də daşınmaz əmlak bazarı, koronavirus pandemiyasının nəticələrindən güclü zərər görüb.  Bundan başqa, gənc əhalinin böyük şəhərlərə axını problemi də qalmaqdadır. Bölgəyə yeni sakinləri cəlb etmək üçün belə bir proqram təklif edilib.

Çinkuefrondi  merinin sözlərinə görə, yeni bir yaşayış yeri kimi onun kommunasını seçməyin üstünlüklərindən biri təhlükəsizlikdir. Bələdiyyədə artıq sakinlər arasında koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb.

Mənzillərin güzəştli alınması üzrə proqramda iştirak etmək üçün əsas şərt satın alındıqdan sonra binanı üç il ərzində təmir etməkdir. Bunun üçün alıcı əvvəlcə 250 avro məbləğində icbari ödəniş etməlidir və sonra təmir işlərinə başlamalıdır. Əgər müəyyən edilmiş müddət ərzində təmir aparılmasa və ya başa çatdırılmasa, alıcı 20 min avro məbləğində cərimə olunacaq.

Xəbər lenti
0