Amerika qəhrəmanlarına qarşı: Niyə orada polisdən xilas olmaq istəyirlər

© AFP 2023 / KYLE GRILLOTПротесты в США, фото из архива
Протесты в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müşahidəçilər qeyd edirlər ki, polislərə təzyiq nə qədər güclü olarsa, onlar özlərini və səlahiyyətlərinin aşılmasında ittiham olunan həmkarlarını bir o qədər sərt şəkildə müdafiə edirlər.

BAKI, 11 iyun – Sofya Melniçuk, RİA Novosti. Mayın sonlarından ABŞ-ı sarsıdan irqçilik və polis zorakılığına qarşı nümayişlər amerikalıları asayiş keşikçilərinin onlara nə dərəcədə lazım olduğunu düşünməyə vadar etdi. Fəalların dedikləri və KİV-in yazdıqları özbaşınalığın müxtəlif üsullarla aradan qaldırılmasını təklif edir: irimiqyaslı islahat aparmaq, polisi maliyyələşmədən məhrum etmək və hətta ondan yaxa qurtarmaq. Belə tədbirlərin real olub-olmadığını RİA Novosti araşdırıb.

Полицейские в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
ABŞ-da etirazlar: Məsələyə "Ku Kluks Klan" da qarışdı

İslahatlar zamanı

Demokratlar konqresə hüquq-mühafizə orqanları əməkdaşlarının məhkəmə təqibini asanlaşdıran qanun layihəsini təqdim ediblər. Əslində, söhbət adamları saxlayan zaman yol verdikləri hüquq pozuntularına görə polisləri qoruyan immunitetin ləğvindən gedir. Polislər şəxsi mülahizəsinə görə güc və odlu silah tətbiq etmək hüququna malikdirlər - axı amerikalıların 43 faizi odlu silah gəzdirir.

"Bir halda ki, sistemli irqçiliyin aradan qaldırılması üzrə vahid kurs və artıq nəzarət tədbirləri yoxdur, islahatlar vasitəsilə struktur dəyişikliklərinin vaxtı gəlib çatıb", — deyə konqresmenlərin müraciətində bildirilir.

Sənəd  "Ədalət haqqında qanun — 2020" adlandırılıb. Bu, afroamerikalıların son qətliamlarına cavabdır. Tənqidçilərin də qeyd etdiyi kimi, bu, müasir tarixdə "Konqres tərəfindən polisin işinə ən aqressiv müdaxilə"dir.

Polislərə Milli nəzarət sisteminin yaradılması nəzərdə tutulur. Xüsusilə, onlar güc tətbiqi ilə bağlı hər bir halda hesabat verməyə məcbur olacaqlar. Məhz Corc Floydun ölümünə səbəb olan boğucu üsullardan istifadə qadağan ediləcək. Qanunu pozan şəxslərə qarşı qərəzli münasibətin qarşısının alınması üzrə təlimlər keçiriləcək — əks halda, heç bir dövlət maliyyələşməsi olmayacaq.

1977-ci ildən etibarən regional və yerli hakimiyyət orqanlarının polisə ayırdığı  xərclər 42 milyard dollardan 115 milyard dollara yüksəldi. Bununla yanaşı, hüquq-mühafizə orqanlarının ehtiyaclarına ayrılan büdcə vəsaitlərinin payı dəyişməyib-təxminən dörd faiz.

Güc strukturlarını saxlamaq ucuz başa gəlmir. Məsələn, Ostin (Austin) Şəhər Polis İdarəsi 2012-ci ildən 2017-ci ilə qədər zirehli jiletlər, dəbilqələr, dəyənəklər, qaz bombaları və digər sursatlar üçün bir milyon dollardan çox xərcləyib. El Paso və Denverdə olan həmkarları da təxminən eyni miqdarda xərcləyiblər.

Протестующие в Вашингтоне - Sputnik Azərbaycan
RUSİYA
Mifdir: Zaxarova ABŞ-dakı etirazlara görə Rusiyanın günahlandırılmasını şərh edib

Polisin tam sursatı - geyim, silah, elektroşoker, ratsiya, zirehli jilet — təxminən 4,5 min dollardır. Radar, kompüter və izləmə sistemi ilə təchiz edilmiş maşın modelindən asılı olaraq, 25-50 min dollardır. Polisin illik maaşı 82 min dollardır, bu, orta amerikalıların illik gəlirindən 1,5 dəfə dəfə çoxdur.

Pul məsələsi koronavirus epidemiyası ucbatından baş verən iqtisadi tənəzzül səbəbindən xüsusilə aktual olub. Nyu-Yorkda, məsələn, hakimiyyət polisin altı milyardlıq büdcəsini saxlamağı tələb edir, halbuki təhsil strukturları və gənclər proqramları subsidiyaların 80 faizinə qədərini itirəcək.

Pul yoxdur - problem yoxdur

Hüquq-mühafizə orqanlarının maliyyələşdirilməsinin qarşısını almaq çağırışları hələ 2014-cü ildə Missuridə polis zorakılığına qarşı nümayişlər zamanı səslənirdi.

Bu radikal tədbirin tərəfdarları hesab edirlər ki, nəzarət və təlimlər kömək etmir: axı öldürülənlərin sayı artır. Düzdür, statistika burada ən güclü arqument deyil. Bir məlumata görə, ağ amerikalılar daha tez-tez asayiş keşikçiləri ilə qarşıdurmalarda həlak olurlar. Digərinə görə isə afroamerikalıların arasında iki dəfə çox qurban var. CNN-in məlumatına görə, amerikalı polislər hər hansı digər inkişaf etmiş ölkənin polislərinə nisbətən daha aqressivdirlər: 2018-ci ildə ABŞ-da min nəfərə yaxın adam güllələnib. Müqayisə üçün deyək ki, Almaniyada on bir, Avstraliyada səkkiz, İsveçdə altı, Britaniyada üç nəfər.

Buna görə də, çoxları əmindir ki, qəddar dairəni pozmağa imkan verəcək yeganə şey polisin pulunu əlindən almaqdır. Sərbəst qalan vəsaiti ehtiyacı olanlara göndərmək lazımdır. BlackLeaves Matter ("Qaradərililərin həyatı vacibdir") hərəkatının həmtəsisçisi Patris Kullorsun dediyi kimi, "bu, investisiyadan məhrum olan bir çox qaradərili icmalara yenidən investisiya etməkdir". Kullorsun fikrincə, bu, ayrı-ayrı polislərin məsuliyyətə cəlb edilməsindən daha vacibdir.

Протесты в США, фото из архива - Sputnik Azərbaycan
ABŞ-da daha bir inanılmaz olay yaşanıb - VİDEO

Bundan əlavə, pul məktəb və xəstəxanalara, psixi sağlamlığın qorunması və məişət zorakılığının qarşısının alınması ilə məşğul olanlara verilə bilər.

Polislər olmadan qayda-qanun

Bəziləri daha da qabağa gedirlər və polisi buraxmağı təklif edirlər. Corc Floydun həlak olduğu Minneapolisdə MPD 150 təşkilatı öz qarşısına belə bir məqsəd qoyub. Fəalların fikrincə, polislər əli silahlı naməlum şəxslərdir, böhranlı vəziyyətləri isə psixoloqlar, sosial işçilər, vəkillər həll etməlidirlər.

Əgər aztəminatlılara yaxşı təhsil, iş verilsə, psixi sağlamlığın profilaktikası ilə mşğul olunsa, hüquq-mühafizə orqanlarına ehtiyac olmaz.

Silahlı quldurlar, qatillər və digər cinayətkarlarla nə etməli? MPD 150 cavab verirlər ki, cinayətlər insan baza ehtiyaclarını digər üsullarla ödəyə bilmədikdə törədilir: "Zorakılıq hərəkətlərinə reaksiya verilməsi üçün məhdud xüsusi kontingent lazımdır. İndi polislər yalnız bununla məşğul olmurlar. Onlar əsassız olaraq yollarda avtomobilləri saxlayırlar, kiçik narkomanları tuturlar, qaradərililəri sıxışdırırlar. Bu da insanlarda cinayət hüququ sistemi tərəfindən sıxışdırılma hissini gücləndirir ".

Keçmiş federal prokuror, Nümayəndələr palatasının üzvü Trey Qaudi bu məntiqlə razı deyil: "Küçədə əlində bıçaq lüt qaçan və özünün İsa Məsih olduğunu fikirləşən oğlanı görəndə psixoloji yardım xidmətinə zəng etmək lazım deyil, polisə zəng etmək lazımdır. Siz deyirsiniz: polisi buraxın. Mənə maraqlıdır, onların işini kim görəcək?"

İlk addımlar

Minneapolisdə hüquq-mühafizə orqanlarının olmaması barədə düşünənlər təkcə fəallar yox, həm də məmurlardır. "Biz polis bölməsini ləğv edəcəyik. Biz ictimai təhlükəsizlik və fövqəladə tədbirlərə olan yanaşmamıza tamamilə fərqli baxacağıq” – şəhər şurasının üzvü Ceremaya Ellison tvitterdə yazıb.

Ona bir neçə həmkarı, o cümlədən şəhər şurasının sədri Liza Bender də qoşulublar. Floydun tabutunun yanında bir ayağı üstündə dayanmış şəhr meri Ceykob Frey isə ideyaya dəstək verməyib: 

Протесты в США - Sputnik Azərbaycan
TƏHLİL
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
"Bütün polis departamentinin ləğvinin əleyhinəyəm. Bunu səmimi olaraq deyirəm". Lakin o “irqçi sistemi düzəltmək üçün genişmiqyaslı struktur islahatı keçirmək” fikri ilə razıdır.

Polislər belə tədbirlərin yalnız vəziyyəti daha da pisləşdirəcəyinə əmindirlər. "Bu, baş verənlərə cavab deyil. Mənə hətta maraqlıdır ki, onlar nə qədər vaxtdan sonra "Oh, yox, bizə polis lazımdır" deyəcəklər”, - ehtiyatda olan leytenant Qven Hanter bildirib.

Müşahidəçilər qeyd edirlər ki, polislərə təzyiq nə qədər güclü olarsa, onlar özlərini və səlahiyyətlərinin aşılmasında ittiham olunan həmkarlarını bir o qədər sərt şəkildə müdafiə edirlər. Polislərin həmkarlar ittifaqı əvvəllər də asayiş sisteminin islahatını əngəlləyiblər və öz mövqelərini çətin ki, dəyişsinlər.

Unutmayaq ki, etirazlar zamanı polislər də xəsarət alıblar. Nyu-Yorkda 292, Çikaqoda 130 asayiş keşikçisi xəsarət alıb, Las-Veqasda isə mitinqçi onu silahla vurduqdan sonra xəstəxanaya kritik vəziyyətdə daxil olub.

“Polisin ləğvi, ən azı, yaxın illərdə mümkün deyil, çünki bu, cəmiyyətin təşkilinin tamamilə başqa səviyyədə olmasını tələb edir”, - Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq münasibətlər institutunun Şimali Amerika Araşdırmalar Mərkəzinin rəhbəri Viktoriya Juravlyova bu fikirdədir.

"Ölkədə bir çox lokal ictimai təşkilatlar fəaliyyət göstərir. Məsələn, şerifləri yerli əhali seçir. Və kiçik şəhərlər hələ də polissiz yaşayır – onlara şerif kifayətdir. Problem meqapolislərdə necə olmalıdırsa, elədir". - deyə o, RİA Novosti ilə söhbətində qeyd edib.

Ekspertin fikrincə, yaxın vaxtlarda islahatın olacağı şübhə doğurur. "Respublika və Demokratik partiyalarının federal səviyyədə kompromisə gəlməsi ehtimalı yüksək deyil. Dəyərlər, xüsusilə də şəxsi silah hüququ ilə bağlı məsələlər kəskin mövzulardır", - deyə Juravlyova bildirib.

Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb  - Sputnik Azərbaycan
VİDEO
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb

Amerikalı politoloq Dmitri Drobnitski göstərir ki, hətta federal nəzarət sisteminin yaradılması təklifi ABŞ Konstitusiyasına ziddir, çünki bununla Ştatlar məşğul olmalıdır. "Ya Əsas qanunu dəyişdirmək, ya inqilabçıların mərhəmətinə təslim olmaq, ya da bütün bunları görməmək lazımdır. Əgər emosiyalara deyil, rəqəmlərə baxsaq, son onillikdə polisin əli ilə olan qurbanların sayı azalıb. Bəli, bütün problemlər həll edilməyib, amma dünyada hər şeyin həll olunduğu bir yer varmı?", - deyə politoloq bildirib.

Qızğın müzakirələrə baxmayaraq, sorğular göstərir ki, amerikalıların 50%-dən çoxu polisin işindən razıdır (narazı olanlar yalnız 16%-dir). Buna görə vətəndaş cəmiyyəti uzun müddət konsensusa getməlidir. Ağ evdə artıq birmənalı fikir bildiriblər. Donald Tramp qeyd edib ki, polis ölkəyə "sülh şəraitində yaşamağa" imkan verir, "əməkdaşların 99 faizi əla insanlardır". Buna görə də, ABŞ prezidenti bildirib ki, maliyyə azalmayacaq, bundan artığı da ayrılmayacaq.

Xəbər lenti
0