Tramp xəbərdarlıq etdi: Sietl "daxili terrorçular" tərəfindən ələ keçirilib

© AP Photo / Patrick SemanskyПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп  - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Vaşinqton ştatının qubernatoru Cey İnslini və şəhərin meri Cenni Dürkanı tənqid edib və onları iğtişaşlarla mübarizədə daha qətiyyətli addımlar atmağa çağırıb.

BAKI, 11 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp Vaşinqton ştatının Sietl şəhərinin "daxili terrorçular" tərəfindən ələ keçirildiyini bəyan edib və yerli hakimiyyət orqanlarını iğtişaşlara qarşı mübarizə aparmağa çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

"Daxili terrorçular, əlbəttə ki, radikal solçu demokratların idarə etdiyi Sietlı ələ keçiriblər", - Tramp qeyd edib.

​Prezident Vaşinqton ştatının qubernatoru Cey İnslini və şəhərin meri Cenni Dürkanı tənqid edib və onları iğtişaşlarla mübarizədə daha qətiyyətli addımlar atmağa çağırıb.

"İndicə şəhərinizi özünüzə qaytarın. Siz bunu etməsəniz, mən edəcəyəm. Bu oyun deyil. Bu çirkin anarxistlər dərhal dayandırılmalıdır!"- Tramp deyib.

"Seattle Times" qəzeti bildirib ki, Sietl rəsmiləri etiraz aksiyalarının dağıdılması üçün polis tərəfindən gözyaşardıcı qazdan istifadəyə 30 günlük qadağa tətbiq edib.

Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılan zaman ölməsindən sonra ABŞ şəhərlərini, sonra isə dünyanın bir sıra ölkələrini zorakılığa və irqçiliyə qarşı etirazlar və iğtişaşlar bürüyüb.

Xəbər lenti
0