Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə ikinci S-400 alayını alacaq. "Patriot" və "Eurosam" sual altındadır

© © Andrew Caballero-Reynolds/Pool via AP"Patriot" sistemi
Patriot  sistemi  - Sputnik Azərbaycan
Abunə olmaq
NATO üzvü olan Türkiyə əvvəlcə yalnız "Patriot" kompleksini əldə etməyi planlaşdırırdı, amma amerikalı tərəfdaşlar uzun illər ərzində etiraz ediblər.

BAKI, 10 iyun — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın uzaqmənzilli S-400 "Triumf" hava hücumundan müdafiə sistemi beynəlxalq bazarda bir o qədər də mükəmməl olmayan Qərb analoqlarını inamla sıxışdırmağa davam edir.

Открытие международного военно-технического форума Армия-2019 - Sputnik Azərbaycan
TƏHLİL
Niyə T-15 "Armata" dünyanın ən yaxşısıdır?

Rusiya və Türkiyə S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair prinsipial razılığa gəliblər. Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Dəmir iyunun 8-də deyib: "Bizim ikinci S-400 komplektinin tədarükünə dair prinsipial razılığımız var. Texnologiya transferi, birgə istehsal olunacaq hissələr və yol xəritəsi üzrə texniki işləri bitirmək lazımdır... S-400 sistemi istifadə üçün satın alınır. Nöqtə".

Bununla yanaşı, Ankara ABŞ və Avropa istehsalı olan "Patriot" və "Eurosam" zenit raket komplekslərinin alınması ilə bağlı təkliflərə də baxır. İsmayıl Dəmirin verdiyi məlumata görə, "Eurosam" üzrə Fransa və İtaliya ilə qarşılıqlı əlaqə kifayət qədər konstruktiv görünür, lakin Amerikalı tərəfdaşlarla "Patriot" sisteminin tədarükünə dair qərara hələ ki, nail olmaq mümkün deyil.

Rusiya və Türkiyə S-400 "Triumf" sisteminin tədarükünə dair müqaviləni 2017-ci ildə bağlayıblar. Müqavilənin qiyməti 2,5 milyard dollardır. Bu, Amerika-Türkiyə münasibətlərində ciddi böhran doğurub. Vaşinqton Türkiyəni sanksiyalarla və F-35 qırıcı proqramından çıxarmaqla təhdid edərək Rusiya ilə sövdələşmədən imtina etməyi və yalnız ABŞ-ın "Patriot" kompleksləri almağı tələb edib. Ankara ABŞ-ın ultimativ tələblərini yerinə yetirməkdən imtina edib və 2019-cu ilin yayında S-400 zenit raket sistemlərinin (ilk komplekt) dörd divizionunu alıb.

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın aprelin 30-da koronavirusa görə S-400 sistemlərinin tədarükünün dayandırıldığını bildirib. Bəzi qərbli müşahidəçilər pandemiyanı Ankaranın Moskva ilə hava hücumundan müdafiə sahəsində hərbi-texniki əməkdaşlığı davam etdirməməsi üçün əlverişli bəhanə kimi qiymətləndiriblər. Ancaq Türkiyənin planları dəyişməyib və ikinci S-400 alayının taleyi bəllidir. Ankara "Triumf" zenit raket sistemlərinin hələ ən azı dörd divizionunu, Rusiya isə müvafiq olaraq ən azı iki milyard dollar alacaq.

Qaçılmaz "triumf"

Bütün bu baş verənlər beynəlxalq bazarda "Patriot" sisteminin növbəti məğlubiyyəti, Vaşinqtonun nüfuzunu itirməsi və Amerikanın hərbi-sənaye kompleksinə maliyyə zərbəsi deməkdir. Lakin bu nə Türkiyənin, nə də Rusiyanın problemi deyil – bu, yüksək texnoloji rəqabətin nəticəsidir.

Самоходная артиллерийская установка Коалиция-СВ на генеральной репетиции военного парада на Красной площади - Sputnik Azərbaycan
RUSİYA
"KamAZ" təkəri üstündə yeriyən “müharibə tanrısı”

Ankara ölkədəki vacib obyektləri qorumaq üçün ən etibarlı və müasir hava hücumundan müdafiə sistemini formalaşdırmaq niyyətindədir və məqsəd praktiki olaraq əldə edilib. S-400 "Triumf" zenit raket sistemi aerodinamik və ballistik obyektləri (supersəs obyektlər də daxil olmaqla) məhv etmək üçün yaradılıb, 600 kilometrədək aşkarlama məsafəsinə, 400 kilometrədək vurma radiusuna malikdir.

S-400 sisteminin əhəmiyyətli üstünlüklərinə dairəvi müşahidə apara bilən radiolokasiya stansiyası və dörd növ raketdən istifadə imkanı daxildir. Müxtəlif tipli raketlərdən istifadə döyüş aviasiyasını, pilotsuz uçan aparatları, qanadlı, taktiki və ballistik raketləri bütün əlverişli yüksəkliklərdə (beş metrdən 30 kilometrə qədər) və məsafələrdə (400 metrdən iki kilometrə qədər) effektiv şəkildə vurmağa imkan verir. Bir "Triumf" batareyasının 72-ə qədər hədəflənmiş raketi ola bilər. Sistem eyni anda 36 hədəfə atəş aça bilir. S-400 sistemi müxtəlif növ zenit raket sistemlərini (S-300, Pantsir-S1, Tor-M1) inteqrasiya etməyə və istənilən radioelektron mübarizə və hava şəraitində müxtəlif diapazonlu hava hücumundan müdafiə şəbəkəsini idarə etməyə qadirdir.

Ankara yaxınlığında yerləşdirilmiş S-400 sistemi sınaqlar zamanı F-16 "Fighting Falcon" dördüncü nəsil bombardmançı-qırıcı təyyarələri 600 kilometr məsafədə aşkar edib və hədəfi raketlərlə vurmağa hazır olub. Döyüş növbətçiliyində hava hədəflərinin aşkar və məhv edilməsinin avtomatik həyata keçirildiyi rejimdə düşmənin F-16 tipli təyyarələri Ankaradan 400 kilometr məsafədə məhv ediləcək. F-16 "Fighting Falcon" təyyarələri Qərbin hava gücünün əsasını təşkil edir.

Ola bilər ki, Amerikanın daha müasir F-35 qırıcısı S-400 radarına bir qədər yaxın uçsun, amma yenə də 400 kilometrlik məsafədə raketlə vurulacaq. Bu gün Türkiyənin ABŞ-ın "görünməyən" hərbi təyyarələrini aşkar etmək və vurmaq bacarığı Pentaqonu çox narahat edir. Əlbəttə ki, Ankara strateji müttəfiq olaraq qalır, lakin Amerika silahlarının müstəsnalığı haqda mif dağılır.

Rəqabət mühiti

Vurma məsafəsinə, dəqiqliyinə və hündürlük diapazonuna görə S-400 sisteminin analoqu yoxdur. Mediada "Triumf" sisteminin "Patriot" (orta mənzilli) kompleksi ilə müqayisəsi tamamilə yanlışdır. İki sistemin texnoloji inkişafında fərq böyükdür.

БТР-82А во время высадки с большого десантного корабля Пересвет на тренировке военно-спортивного праздника в честь Дня Военно-Морского Флота России во Владивостоке - Sputnik Azərbaycan
RUSİYA
Rusiya universal desant gəmiləri tikir: müqaviləni pozan fransızlara meydan oxuyurlar

Əsas şeylər haqqında qısaca. Müasir "Patriot" PAC-3 MSE zenit raket sistemi taktiki səviyyədə qoşunların və hərbi obyektlərin hava hücumuna (raketə) qarşı müdafiəsini təmin edir. "Patriot" sisteminin hədəfi aşkar etmə diapazonu 180 kilometrdən çox deyil (hədəfin böyük əksedici səthinin olması şərti ilə). Vurma məsafəsi 33 kilometrə, hündürlüyü isə 20 kilometrə qədər məhdudlaşır. Amerika kompleksinin radarının təkyönlü müşahidə bucağı 90 dərəcədir və onun diapazonu raketləri yüksək dəqiqliklə istiqamətləndirməyə imkan vermir. Hədəfin görünməsinə reaksiya müddəti 15 saniyədir (çox yavaş). Kompleks eyni anda səkkiz hədəfi atəşə tuta bilər və raketlərin atılması aralığı üç saniyədir. Silah bahalı və səmərəsizdir. Bu yaxınlarda Səudiyyə Ərəbistanı döyüş şəraitində buna əmin ola bilib: "Patriot" sistemləri pilotsuz uçan aparatların hücumunun qarşısını ala bilməyib.

İsmayıl Dəmirin adını çəkdiyi Avropa konsorsiumunun "Eurosam" zenit raket kompleksi qoşunların hava hücumundan müdafiə olunması, hava hücumundan (taktiki raketlər, bütün növ təyyarələr, pilotsuz təyyarələr) kütləvi istifadəsi zamanı mühüm stasionar obyektlərin qorunması üçün nəzərdə tutulub.

"Eurosam" sisteminin xarici görünüşü və alqoritmləri Amerikanın "Patriot" sisteminə bənzəyir. Lakin "avropalı" daha yaxşı reaksiya vaxtına, yüksək atış sürətinə (10 saniyə ərzində səkkiz raket), 25 kilometrədək hündürlükdə hədəfləri vurmağa və 360 dərəcədə atəş açmağa qadirdir. Amma bütün bunlar ikinci plana keçir, çünki "Eurosam" sisteminin hava hədəflərini aşkar etmək və vurmaq məsafəsi 100 kilometrə qədərdir.

Nəticə: "Patriot" və "Eurosam" Rusiyanın "Triumf" kompleksinə rəqib deyil və yalnız orta (yaxın) radiuslu hava hücumundan müdafiə sisteminin formalaşması üçün əsas ola bilər. Onlar heç vaxt Rusiyanın uzaqmənzilli sistemlərini əvəz edə bilməz.

ABŞ-ın turbulent xarici siyasətinin fonunda "Türkiyə məsələsi" tamamilə qanunauyğun görünür. Xatırladım ki, NATO üzvü olan Türkiyə əvvəlcə yalnız "Patriot" kompleksini əldə etməyi planlaşdırırdı, amma amerikalı tərəfdaşlar uzun illər ərzində etiraz ediblər. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 sisteminin əldə edilməsini "Türkiyə tarixində ən mühüm saziş" adlandırıb.

Xəbər lenti
0