Bir yerə yığışmağın acı fəsadı: Toyda 40 nəfər koronavirusa yoluxdu

© AFP 2023 / -Ситуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə İranın hadisə Çaharmahal-Bəxtiyari əyalətinin Ərdəl rayonunda baş verib. Toyda iştirak edənlər kütləvi şəkildə virusa yoluxublar

BAKI, 10 iyun — Sputnik. İranda toyda iştirak edənlərdə koronavirus aşkarlanıb.

Sputnik Azərbaycan İSNA-ya istinadla xəbər verir ki, hadisə Çaharmahal-Bəxtiyari əyalətinin Ərdəl rayonunda baş verib.

Toyda iştirak edən 118 nəfərdən koronavirus testi götürülüb. Onların 40-nın testi pozitiv çıxıb.

Toy və yas mərasimlərinin koronavirusa kütləvi yoluxmaya səbəb olacağına görə sözügedən rayonda bu tip tədbirlər təşkil edənlər barədə qanuni tədbir görüləcək.

Xəbər lenti
0